İbrahimoviçdən qalmaqallı açıqlama
Moderator.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Zlatan İbrahimoviç “Qızıl top”la bağlı birmənalı qəbul edilməyəcək açıqlama verib.
Moderator.az xəbər verir ki, İbra mükafatın “Dembeleyə verilməsi ilə razılaşmır.
“Mən kuboklarımı, qazandığım hər şeyi evdə saxlayıram. “Qızıl top”u qazana bilmədiyim üçün peşmanam? Peşman deyiləm, çox qəribədir ki, onu qazana bilmədim (gülür). Ən yaxşılar həmişə qazana bilmirlər. Hətta Çempionlar Liqasını da qazanmamışam, bu heç kimə sirr deyil.
Mən onu kimə verərdim? Matçın nəticəsini fərdi qaydada həll edən oyunçuları mükafatlandırmaq lazımdır. Mənim üçün bu, Yamaldır”, – “Milan”ın sahiblərinin müşaviri bildirib
Bu il “Qızıl top”u PSJ-nin futbolçusu Usman Dembele qazanıb. İkinci yeri “Barselona”nın futbolçusu Lamin Yamal tutub.


