Icma.az
close
up
RU
ICAO nun Baş katibi Azərbaycan nümayəndə heyətini qəbul edib

ICAO nun Baş katibi Azərbaycan nümayəndə heyətini qəbul edib

Icma.az, Apa.az portalına istinadən məlumat verir.

Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Elmin Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti Bern şəhərində Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) Baş katibi Xuan Karlos Salazar və ICAO-nun Avropa və Şimali Atlantika Bürosunun Regional Direktoru Nikolas Rallo ilə görüş keçirib.

"APA-Economics" xəbər verir ki, baş katib Xuan Karlos Salazar Azərbaycanın bölgədə ICAO-nun fəal üzv dövləti kimi həyata keçirdiyi işləri yüksək qiymətləndirdiyini bildirib. O, ölkəmizin bir sıra mühüm layihələri uğurla icra etdiyini, ICAO-nun Azərbaycanı daim dəstəklədiyini və gələcəkdə də dəstəkləyəcəyini deyib. Baş katib həmçinin Azərbaycan mülki aviasiyasının inkişafının növbəti mərhələyə yüksəldilməsinin vacibliyini qeyd edərək bunun üçün Mülki Aviasiya Baş Planının hazırlanmasının zəruriliyini diqqətə çatdırıb. O bu cür planların artıq aviasiya sahəsində aparıcı dövlətlər tərəfindən səmərəli istifadə olunduğunu, böyümə hədəflərinin sistemli şəkildə planlaşdırılması və əlaqələndirilməsi üçün mühüm vasitə kimi çıxış etdiyini vurğulayıb.

Nazir müavini Elmin Məmmədov bu sistemli yanaşmanın Azərbaycan aviasiya sektorunun daha da inkişafı üçün əhəmiyyətini vurğulayıb. Bildirib ki, hökumət, mülki aviasiya orqanı və aviasiya sənayesi ICAO-nun rəhbərliyi altında sıx koordinasiya şəraitində belə bir planı hazırlamaq və səmərəli şəkildə həyata keçirmək üçün birlikdə çalışacaq.

Bundan əlavə, Azərbaycan nümayəndə heyətinə ICAO-nun 2026-2050-ci illər üçün Strateji Planı və transformasiya hədəfləri barədə məlumat verilib. ICAO-nun artıq bu hədəfləri həyata keçirməyə başladığı, əsas inkişaf istiqamətlərini müəyyənləşdirdiyi və üzv dövlətlərin gözləntilərini qarşılamaq üçün konkret addımlar atdığı qeyd olunub. Bununla yanaşı, ICAO-nun rolunun əvvəl yalnız beynəlxalq aviasiya standartlarını müəyyən edən hökumətlərarası təşkilat olmaqla məhdudlaşdığı, hazırda isə bu əsas funksiyalarını qorumaqla yanaşı, üzv dövlətlərin ehtiyaclarının düzgün qiymətləndirilməsi və ödənilməsi üçün fəal dəstək göstərən bir təşkilata çevrildiyi vurğulanıb.

Görüşdə Azərbaycan nümayəndə heyəti rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevin rəsmi dəvətini ICAO Baş katibinin nəzərinə çatdırıb. Vurğulanıb ki, belə bir səfər ICAO ilə Azərbaycan arasında yüksəksəviyyəli əməkdaşlığın davam etdirilməsinə xidmət etməklə yanaşı, Azərbaycanda həyata keçirilən aviasiya layihələrinin bu ixtisaslaşmış beynəlxalq təşkilatın diqqətinə çatdırılması üçün imkan yaradacaq.

Tərəflər həmçinin 2026 və ya 2027-ci ildə Azərbaycanda beynəlxalq ICAO tədbirinin keçirilməsi imkanlarını müzakirə ediblər. ICAO ilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Dövlət Mülki Aviasiya Agentliyi arasında birgə layihələr, o cümlədən aviasiya mütəxəssislərinin hazırlanması və təlim proqramlarında əməkdaşlığın genişləndirilməsi məsələləri də diqqət mərkəzində olub. Uçuşların təhlükəsizliyi, aviasiya təhlükəsizliyi və ətraf mühitin mühafizəsi sahələrində kadrların inkişafının, o cümlədən Azərbaycan mütəxəssislərinin ICAO-nun tələblərinə uyğunlaşdırılmasının əhəmiyyəti də vurğulanıb. Azərbaycan nümayəndə heyəti həmçinin Ələtdə icra olunan “Ələt Yaşıl Hava Limanı” layihəsinin cari vəziyyəti barədə Baş katibə məlumat verib, layihənin dayanıqlı hava limanı inkişafı üçün innovativ yanaşmanı və beynəlxalq ekoloji standartlara uyğunluğu özündə ehtiva etdiyini bildirib. Diqqətə çatdırılıb ki, bu layihə milli və qlobal dayanıqlılıq hədəfləri baxımından ICAO ilə əməkdaşlığı nəzərdə tutur.

Görüşdə 2024-cü il dekabrın 25-də “Azərbaycan Hava Yolları”na məxsus “Embraer 190” təyyarəsində baş verən qəzanın araşdırılmasına xüsusi diqqət yönəldilib. Azərbaycan tərəfi Qazaxıstanın həyata keçirdiyi araşdırmaya ICAO-nun davamlı dəstəyinə görə təşəkkürünü ifadə edib. Azərbaycan tərəfinin xüsusilə vurğuladığı məsələlərdən biri məhkəmə ekspertizasının müvafiq sahə üzrə ixtisaslaşmış və təcrübəli ekspertiza orqanı tərəfindən aparılmasının vacibliyi olub. ICAO qeyd edib ki, ətraflı və qərəzsiz araşdırmalar Çikaqo Konvensiyasının 13 saylı əlavəsinin əsas tələblərdəndir. Təşkilat üzv dövlətlərin qlobal aviasiya təhlükəsizliyi standartlarını qorumasına dəstəyini davam etdirəcəyini bir daha təsdiqləyib.

Nəticədə, tərəflər ICAO, Dövlət Mülki Aviasiya Agentliyi və Azərbaycanın aviasiya sənayesi arasında müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi barədə razılığa gəliblər. Azərbaycan tərəfi uçuş təhlükəsizliyi, aviasiya təhlükəsizliyi və ətraf mühitin mühafizəsi sahələrində qlobal standartların tətbiqinə dair ICAO siyasətinə dəstəyini bir daha təsdiqləyib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:149
embedMənbə:https://apa.az
archiveBu xəbər 05 Sentyabr 2025 11:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see514

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see475

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see347

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see335

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see273

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see268

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see258

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see253

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see250

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see235

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see231

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see228

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see227

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see226

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see214

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see205

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see201

Bank kartlarının bitməyən problemləri: Nağd pula qayıdırıq?

17 Oktyabr 2026 13:03see195

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see169

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri