Icma.az
close
up
RU
ICARDAnın nümayəndələri Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda olublar AZƏRTAC

ICARDAnın nümayəndələri Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda olublar AZƏRTAC

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 18 noyabr, AZƏRTAC

Azərbaycanda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) yüksək səviyyədə davam edir. Quraq Ərazilərdə Kənd Təsərrüfatı Araşdırmaları üzrə Beynəlxalq Mərkəz (ICARDA) bu tədbirdə çoxsaylı nümayəndələrlə təmsil olunur.

ICARDA baş direktorunun elmi tədqiqatlar üzrə müavini vəzifəsini icra edən, qurumun Biomüxtəliflik və Bitkilərin Yaxşılaşdırılması Proqramının direktoru, Quraqlıq şəraitində dənli və paxlalı bitkilərin təkmilləşdirilmiş sortlarının yetişdirilməsi və artırılması üzrə tədqiqat qrupunun rəhbəri, Mərakeş tədqiqat platformasının meneceri Mickael Baum Elm və Təhsil Nazirliyinin Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun (MBBİ) qonağı olub.

MBBİ-dən AZƏRTAC-a bildirilib ki, alimi bu görüşdə ICARDA-nın resursların səfərbərliyi üzrə rəsmi nümayəndəsi İsbəndiyar Vəliyev və Genetik Ehtiyatlar İnstitutunun icraçı direktoru Mehrac Abbasov müşayiət ediblər.

Müəssisənin baş direktoru akademik İradə Hüseynova ICARDA-nın nümayəndələrinə MBBİ-nin yaranma tarixi, strukturu, aparılan tədqiqat işlərinin əsas istiqamətləri və kadr potensialı haqqında məlumat verib.

Görüşdə ICARDA ilə əməkdaşlıq imkanları müzakirə edilib.

Daha sonra qonaqlar institutun yaradıcısı görkəmli alim akademik Cəlal Əliyevin iş otağı və kitabxanası, həmçinin müasir avadanlıqlarla təchiz olunmuş laboratoriyalarla tanış olublar.

Qeyd edək ki, Mickael Baum dünyada biotexnologiya sahəsində tanınmış alimdir. O, nüfuzlu jurnallarda çap olunan 110-dan çox məqalənin, 30 kitab fəsli və 40 konfrans materialının müəllifidir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:62
embedMənbə:https://azertag.az
archiveBu xəbər 18 Noyabr 2024 16:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see264

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see261

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see249

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see233

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see219

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see210

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see201

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see194

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see186

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see185

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see173

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see171

Hansı ölkədə nazirlərin maaşı çoxdur: Gürcüstanda, yoxsa Azərbaycanda?

21 Yanvar 2026 17:13see170

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see167

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see159

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see157

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see156

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see153

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see150

Bağça müəllimi uyğunsuz görüntülərə görə işindən azad edildi RƏSMİ

21 Yanvar 2026 20:41see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri