Icma.az
close
up
RU
İcarəyə götürdüyü futbolçulara ən çox şans verən klublar

İcarəyə götürdüyü futbolçulara ən çox şans verən klublar

sport24.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Misli Premyer Liqasında 2024/2025 mövsümündə icarəyə götürülən futbolçulara ən çox forma şansı verən klublar bəlli olub. Sport24.az bu barədə araşdırma aparıb. 


Birinci pillədə "Zirə" qərarlaşıb. "Qarabağ"dan icarəyə götürülmüş İsmayıl İbrahimli ilə Rüstəm Əhmədzadə çempionatda 47 matçda meydanda olublar. Əhmədzadə iki, İbrahimli 1 dəfə rəqib qapılarına yol tapıb. 


İkinci sırada "Şamaxı" yer alıb. Bölgə təmsilçisində Cəlal Hüseynov ("Arda", Bolqarıstan), Rauf Rüstəmli və Fəxri Məmmədli (hər ikisi "Sabah") icarə əsasında komandanın formasını geyinir. Üç oyunçu 42 görüşdə iştirak edib. Onlardan yalnız C.Hüseynov adını taploya yazdırıb. 


İlk "üçlüy"ü "Kəpəz" qapayır. Gəncə klubu "Turan Tovuz"dan Sadiq Şəfiyevi, "Sabah"dan isə Camal Cəfərovu mövsümün sonunadək heyətinə qatmışdı. İkisi 33 qarşılaşmada meydana çıxıb, Cəfərov isə bir qolla yadda qalıb. 


"Turan Tovuz"da Anton Kraçkovski Mahaçqala "Dinamo"sundan, İsmayıl Zülfüqarlı "Neftçi"dən transfer olunub. Onlar 28 oyunda iştirak ediblər və fərqlənə bilməyiblər. 


"Sabah" Rusiyanın "Rubin" kollektivindən icarəyə götürdüyü Umarali Rahmonaliyev 10 matçda iki dəfə qol vurub. 


"Neftçi" Rusiyanın "Baltika" klubundan Aleks Fernandes və "Sabah"dan Rüstəm Samiqullini icarəyə götürüb. İkisi birlikdə yalnız 7 matçda forma geyinib. 


"Qarabağ", "Sumqayıt" və "Səbail"də icarə əsasında çıxış edən futbolçu yoxdur. "Araz-Naxçıvan" isə "Qəbələ"dən yayadək heyətinə cəlb etdiyi Sənan Ağalarova hələlik çempionatda şans verməyib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:102
embedMənbə:https://sport24.az
archiveBu xəbər 17 Aprel 2025 15:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see241

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see229

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see229

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see198

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see183

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see163

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see163

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see154

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see154

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see153

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see151

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see150

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see147

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see144

Azərbaycanda daha 5 audit şirkətinə lisenziya verilib

24 Yanvar 2026 18:13see143

Məşhur müğənni xərçəngə qalib gəldi FOTOLAR

24 Yanvar 2026 21:00see139

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see136

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see135

A Seriyası: Komo Torino nu meydana çıxdığına peşman etdi

25 Yanvar 2026 02:48see135

Tramp ABŞ nin gizli silahının adını açıqladı Maduro ələ keçirilərkən istifadə olunub

24 Yanvar 2026 23:33see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri