Icma.az
close
up
RU
İcazəsiz foto çəkən “küçə fotoqrafları” Hüquqşünasdan xəbərdarlıq

İcazəsiz foto çəkən “küçə fotoqrafları” Hüquqşünasdan xəbərdarlıq

Icma.az, Tribuna portalına istinadən məlumat verir.

Son zamanlar paytaxtın mərkəzində özünü fotoqraf kimi qələmə verən şəxslərin vətəndaşları icazəsiz şəkildə çəkib, daha sonra bu fotoları pul qarşılığında təqdim etməsi halları artıb. Bu cür davranışlar həm şəxsi məxfiliyin pozulması, həm də etik prinsiplərin tapdanması kimi qiymətləndirilir. Belə halların yayılması ictimaiyyətdə narahatlıq yaradaraq hüquqi müstəvidə suallar doğurur. İctimai yerdə vətəndaşın razılığı olmadan onun fotosunun çəkilməsi və istifadəsi Azərbaycan qanunvericiliyinə əsasən hansı hüquqi nəticələrə səbəb ola bilər?

Məsələ ilə bağlı Tribunainfo.az-a açıqlama verən hüquqşünas-vəkil Ruslan Mustafazadə bildirib ki, sosial şəbəkələrdə bəzi vətəndaşlar özlərini “küçə fotoqrafı” kimi təqdim edərək, müxtəlif şəxslərin şəkillərini çəkməsini və daha sonra paylaşmasını müşahidə edirik.

Hüquqşünasın sözlərinə görə, ümumiyyətlə şəxsin fotosunun, onun icazəsi olmadan çəkilməsi etik qaydalara uyğun deyil. Təbii ki, şəkli çəkilən şəxsə ilkin olaraq məlumat verilməlidir. Həmin şəxs də buna razıdırsa, təbii olaraq işini icra edə bilər. Yox, əgər bu gizlincə çəkilibsə, sonradan həmin şəxsə təqdim edilirsə, həmin şəxs fotonu qəbul da edə bilər, fotoda imtina da edə bilər. İmtina edərək fotonun silinməsini də tələb etmək hüququna malikdir. Bunun pul qarşılığında təqdim edilməsi ümumiyyətlə anlaşılan deyil. Bu artıq etik davranışın daha kobud formada pozuntusudur. Burada əsas məsələ şəxsin icazəsi olmadan fotonun çəkilməsi və hər hansı bir platformada, sosial şəbəkədə paylaşılmasıdır. Əlbəttə ki, bu məsuliyyət yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 155 və 156-cı maddəsinə əsasən, şəxsi məlumatların, yazışmaların, fotoların yayılması cinayət məsuliyyəti yaradır. Bu zaman cərimələr və digər tədbirlər nəzərdə tutulur.

Əgər vətəndaşlar belə bir halla rastlaşırlarsa, hətta şəkilin çəkilməsinə razılıq verilir Amma platformada yayılmasına icazə verilmirsə, həmin maddələrin pozuntusuna gətirib çıxarır. Və hüquqları tapdanan vətəndaşlar hüquq-mühafizə orqanlarına müraciət edərək, həmin qanunu pozan şəxslər müvafiq maddələrlə istintaqa və məsuliyyətə cəlb olunsunlar.

Dəniz Pənahova

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:152
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 11 İyun 2025 13:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see236

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see208

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see206

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see192

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see175

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see175

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see163

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see159

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see152

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see152

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see149

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see149

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see148

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see147

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see142

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see141

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see140

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see139

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see139

Uşaq İncəsənət Festivalında mükafatlandırma

28 Dekabr 2025 04:13see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri