Icma.az
close
up
RU
İcazəsiz oxunan şeirlərə görə CƏRİMƏ AÇIQLANDI

İcazəsiz oxunan şeirlərə görə CƏRİMƏ AÇIQLANDI

Tribuna portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Son dövrlərdə sosial şəbəkələrdə və kütləvi tədbirlərdə şairlərin əsərlərinin müğənnilər tərəfindən müəllif icazəsi olmadan oxunması geniş yayılmış tendensiyaya çevrilib. Bu hallar həm internet platformalarında, həm də toy və digər kütləvi məkanlarda aktiv şəkildə müşahidə edilir. Məsələ müəllif hüquqlarının pozulması və yaradıcılıq subyektlərinə qarşı hüquqi məsuliyyətin yaranması ilə nəticələnir.
Mövzu ilə bağlı “Müəllif Hüquqları Uğrunda” İctimai Birliyinin İdarə Heyəti sədrinin müavini Zamiq Yunisov Tribunainfo.az-ın sorğusuna cavab olaraq məsələnin hüquqi tərəflərini ətraflı şərh edib.


İcazəsiz oxu və yayım müəllif hüququnun pozulmasıdır
Zamiq Yunisovun sözlərinə görə, Azərbaycan Respublikasının “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Qanununa əsasən, müəllifin yazılı icazəsi olmadan:
əsərin ictimai ifası,
kommersiya məqsədilə təqdimatı,
rəqəmsal platformalarda paylaşılması,
teleradio yayımlarında istifadəsi,
toy və digər kütləvi tədbirlərdə nümayişi
birbaşa müəlliflik hüququnun pozulması kimi qiymətləndirilir.
Rəsmi qaydalara görə bu pozuntular həm inzibati, həm də mülki məsuliyyət yaradır.
Pozuntu aşkarlandıqda müəllif nə etməlidir?

Rəsmi şəxsin açıqlamasında qeyd olunur ki, müəllif icazəsiz istifadə faktını aşkar etdikdə ilk növbədə:
1. Sübutları toplamalı (video, foto, link və s.)
2. Pozuntu edən tərəfə rəsmi xəbərdarlıq göndərməli,
3. Müvafiq qurumlara Azərbaycan Respublikası
Əqli Mülkiyyət Agentliyinə və MHUİB-ə müraciət etməli,
4. Pozuntu davam edərsə, inzibati protokolun tərtib olunmasını və məhkəmə qaydasında kompensasiyanın ödənilməsini tələb etməlidir.
Agentliklərin dəstəyi
Zamiq Yunisov bildirib ki, səlahiyyətli qurumlar bu cür hallarda müəllifə:
ekspertiza rəyi,
hüquqi izahat,
barışıq və kompensasiya mexanizmlərinin qurulması,
inzibati icraatın başladılması,
məhkəməyə təqdim ediləcək sənədlərin hazırlanması
kimi dəstəklər göstərirlər.
Müəllif məhkəməyə hansı sənədlərlə müraciət edə bilər?
Məhkəməyə müraciət zamanı müəllif aşağıdakı sübut və sənədləri təqdim etməlidir:
əsərin ona məxsusluğunu təsdiqləyən materiallar,
icazəsiz istifadənin sübutları (foto, video, link),
maddi və mənəvi ziyanın hesablaması,
göndərilmiş xəbərdarlıqlar,
hüquqi təmsilçilik sənədləri.
Bu sənədlər kompensasiyanın dəqiq müəyyən edilməsinə xidmət edir.
Tələb edilə bilən kompensasiyalar
Qanunvericiliyə əsasən müəllif aşağıdakı kompensasiyaları tələb etmək hüququna malikdir:
maddi ziyanın ödənilməsi,
mənəvi ziyanın kompensasiyası,
istifadə üçün nəzərdə tutulan qonorarın geri ödətdirilməsi,
əsərin platformalardan silinməsi,
zəruri hallarda rəsmi üzrxahlığın verilməsi.
Qeyd olunub ki, kompensasiya məbləği bəzi hallarda icazəli istifadə üçün nəzərdə tutulan qonorarın bir neçə qatına qədər arta bilər.
Maarifləndirmə niyə zəifdir?
Zamiq Yunisov qeyd edib ki, maarifləndirmənin zəif olmasının əsas səbəbləri:
ifaçı və prodakşnların hüquqi məlumatlılığının az olması,
sosial şəbəkələrdə istifadə qaydalarının qeyri ciddi qəbul edilməsi,
müəlliflərin hüquqi prosedurlar barədə yetərincə məlumatlı olmaması,
maarifləndirici tədbirlərin məhdudluğu ilə bağlıdır.
O, müəllif hüquqlarının qorunması üçün:
media subyektləri üçün hüquqi təlimlərin keçirilməsini,
şair və yazıçılara hüquqi məlumat paketlərinin təqdim edilməsini,
toylarda və tədbirlərdə lisensiya tətbiqinin gücləndirilməsini,
sosial şəbəkələrdə marifləndirici kampaniyaların artırılmasını zəruri hesab edir.

Dəniz Pənahova

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:320
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 27 Noyabr 2025 13:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see314

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see296

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see291

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see288

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see275

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see273

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see253

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see247

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see246

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see244

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see241

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see240

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see233

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see224

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see215

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see209

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see208

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see208

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see197

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri