İcazəsiz yerlərdə qurban kəsiminə cəhdlər olub Agentlik
Modern.az saytına istinadən Icma.az xəbər verir.
27-28 may tarixlərində Azərbaycanda müqəddəs Qurban bayramı qeyd edilib. Xalqımızın böyük hissəsi bu müqəddəs günlərdə qurban kəsərək dini ayinləri yerinə yetirib. Təəssüf ki, həmişə olduğu kimi, qurban kəsimi zamanı sanitariya qaydalarına, baytarlıq tələblərinə və müəyyən olunmuş məkanlardan istifadəyə riayət olunması məsələlərində nöqsanlar da gözə çarpıb.
Builki Qurban bayramı günlərində hansı nöqsanlar qeydə alınıb?
Modern.az bu sualla Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə müraciət ünvanlayıb.
Qurumun mətbuat katibi İlkin Kərimov sorğumuza cavab olaraq, bildirib ki, 27-28 may tarixlərindəki Qurban bayramı günlərində ölkə üzrə ümumilikdə 134 ünvanda qurbanlıq heyvanların sanitar-gigiyenik tələblərə uyğun şəkildə satış və kəsim xidmətləri təşkil edilib:
"Baytarlıq nəzarətindən keçmiş, sanitar-gigiyenik tələblərə uyğun şəkildə kəsilmiş qurbanlıq heyvanlar əhaliyə təqdim olunub. Bunun üçün Agentlik tərəfindən bütün zəruri tədbirlər görülüb.
Kəsimdən əvvəl və sonra ərazinin aidiyyəti qurumlar tərəfindən dezinfeksiya edilməsi, həmçinin tullantıların daşınması işləri həyata keçirilib.
Daxili işlər orqanları ilə birgə operativ müdaxilə nəticəsində qanunsuz hallara bir neçə cəhdin qarşısı alınıb".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:188
Bu xəbər 30 May 2026 17:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















