İcbari Sığorta Bürosu: Birinci rübdə 139 min manat kompensasiya ödənilib
Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.
Bakı, 1 may, AZƏRTAC
“İcbari sığortalar haqqında” Qanununa əsasən Azərbaycan Respublikası ərazisində baş vermiş yol nəqliyyat hadisələri nəticəsində icbari sığorta qanunvericiliyində nəzərdə tutulmuş hallarda sağlamlığına zərər dəyən üçüncü şəxslərə kompensasiya ödənişinin verilməsi İcbari Sığorta Bürosu (İSB) tərəfindən həyata keçirilir.
İSB-dən AZƏRTAC-a bildirilib ki, yanvar-mart aylarında quruma kompensasiya ödənişləri ilə bağlı 73 müraciət daxil olub. Bu müraciətlər əsasında müxtəlif dərəcəli xəsarətlərə görə 66 min 750 manat, əmək qabiliyyətini tam və ya qismən itirməsinə (əlillik) səbəb olmuş xəsarətlərə görə 3000 manat və ölüm ilə nəticələnmiş hadisələr üzrə 69 min 583 manat olmaqla, ümumilikdə 139 min 333 manat kompensasiya ödənişləri həyata keçirilib.
Kompensasiya ödənişi avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta müqaviləsi mövcud olmayan şəxs (sığortasız) tərəfindən və naməlum və ya oğurlanmış avtonəqliyyat vasitəsilə üçüncü şəxsin sağlamlığına zərər vurulduqda, habelə sığortaçı müvafiq icbari sığorta müqavilələri üzrə sağlamlığa və (və ya) əmlaka dəyən zərərlə bağlı öhdəliklərini ödəmə qabiliyyətinin olmamasına görə yerinə yetirə bilmədikdə (iflas etmiş sığorta şirkəti) həyata keçirilir.
Kompensasiya ödənişləri ilə bağlı daha ətraflı məlumatı İSB-nin internet səhifəsindən əldə edə bilərsiz.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:114
Bu xəbər 01 May 2026 12:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















