Icma.az
close
up
RU
İcbari Sığorta Bürosu ISO beynəlxalq sertifikatlarına layiq görüldü

İcbari Sığorta Bürosu ISO beynəlxalq sertifikatlarına layiq görüldü

Icma.az bildirir, Avtosfer saytına əsaslanaraq.

“İcbari Sığorta Bürosu” Hüquqi Şəxslərin İttifaqı ISO (International Organization for Standardization) beynəlxalq standartları üzrə beynəlxalq sertifikatlara layiq görülüb.
ISO 9001:2015 Keyfiyyət idarəetmə sistemi və ISO/IEC 27001:2022 İnformasiya təhlükəsizliyi idarəetmə sistemləri üzrə əldə olunan sertifikatlar ISO standartının tələblərinə uyğunluğu qiymətləndirmək məqsədilə aparılmış auditin nəticələri əsasında verilib. 
Büronun fəaliyyəti qiymətləndirilərkən 3 əsas istiqamət müəyyən edilib:
·        İcbari sığorta sektoru üçün mərkəzləşdirilmiş informasiya idarəetmə platformasının və rəqəmsal həllərin təmin edilməsi,
·        Kompensasiya və subroqasiya fəaliyyətinin Qarantiya fondu çərçivəsində idarə olunması,
·        Yaşıl kart sığortası əməliyyatlarının Yaşıl Kart Beynəlxalq Sığorta Sistemi çərçivəsində koordinasiyası. 
ISO 9001:2015 standartı təşkilatlarda xidmət və proseslərin müştəri tələblərinə uyğun, ardıcıl və ölçülə bilən şəkildə idarə olunmasını təmin edən beynəlxalq keyfiyyət idarəetmə çərçivəsidir. Bu standart proses yanaşmasının tətbiqini, risklərin və imkanların müəyyən edilməsini, ölçmə və davamlı təkmilləşdirməni təşviq edir. ISO 9001-in tətbiqi nəticəsində təşkilatın idarəetmə səviyyəsi yüksəlir, daxili proseslər optimallaşdırılır və maraqlı tərəflərin məmnunluğu təmin olunur
ISO/IEC 27001:2022 standartı isə  informasiya resurslarının  məxfiliyinin, bütövlüyünün və əlçatanlığının qorunmasını təmin etmək məqsədilə riskəsaslı yanaşma üzərində qurulmuş beynəlxalq informasiya təhlükəsizliyi idarəetmə sistemidir. Standart informasiya təhlükəsizliyi risklərinin müəyyən edilməsi, qiymətləndirilməsi və uyğun nəzarət mexanizmlərinin tətbiqini tələb edir. ISO/IEC 27001-in tətbiqi kibertəhlükələrə qarşı davamlılığın artırılmasına, məlumatların qorunmasına və tənzimləyici tələblərə uyğunluğun təmin edilməsinə imkan yaradır.
Qeyd edək ki, ISO beynəlxalq standartları hazırda dünyada bir sıra mütərəqqi təşkilatlar və qurumlar tərəfindən tətbiq olunur. İcbari Sığorta Bürosunda ISO beynəlxalq standartlarınının tətbiqi “2025-2027-ci illərdə Sığorta Sektorunun İnkişaf Strategiyası”ndan irəli gələn əsas vəzifələrdən biridir. Büro beynəlxalq standartların tətbiqi istiqamətində fəaliyyətini gələcəkdə də davam etdirəcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:187
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 07 Yanvar 2026 10:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see313

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see313

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see312

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see306

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see289

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see287

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see273

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see269

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see264

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see262

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see259

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see257

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see256

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see252

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see250

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see240

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see236

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see229

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see209

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri