Icma.az
close
up
RU
İcbari Sığorta Bürosunun beynəlxalq uğuru

İcbari Sığorta Bürosunun beynəlxalq uğuru

Xalq qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“İcbari Sığorta Bürosu” Hüquqi Şəxslərin İttifaqı ISO beynəlxalq standartları üzrə sertifikatlara layiq görülüb. Qurum bu uğura – ISO 9001:2015 Keyfiyyət idarəetmə sistemi və ISO/IEC 27001:2022 İnformasiya təhlükəsizliyi idarəetmə sistemləri üzrə əldə olunan sertifikatlara ISO standartının tələblərinə uyğunluğu qiymətləndirmək məqsədilə aparılmış auditin nəticələri əsasında nail olub.

Büronun fəaliyyəti qiymətləndirilərkən icbari sığorta sektoru üçün mərkəzləşdirilmiş informasiya idarəetmə platformasının və rəqəmsal həllərin təmin edilməsi, kompensasiya və subroqasiya fəaliyyətinin Zəmanət Fondu çərçivəsində idarə olunması, eləcə də Yaşıl kart sığortası əməliyyatlarının Yaşıl Kart Beynəlxalq Sığorta Sistemi çərçivəsində koordinasiyası kimi 3 əsas istiqmət müəyyən edilib.

ISO 9001:2015 standartı təşkilatlarda xidmət və proseslərin müştəri tələblərinə uyğun, ardıcıl və ölçülə bilən şəkildə idarə olunmasını təmin edən beynəlxalq keyfiyyət idarəetmə çərçivəsidir. Bu standart proses yanaşmasının tətbiqini, risklərin və imkanların müəyyən edilməsini, ölçmə və davamlı təkmilləşdirməni təşviq edir. ISO 9001-in tətbiqi nəticəsində təşkilatın idarəetmə səviyyəsi yüksəlir, daxili proseslər optimallaşdırılır və maraqlı tərəflərin məmnunluğu təmin olunur

ISO/IEC 27001:2022 standartı isə informasiya resurslarının məxfiliyinin, bütövlüyünün və əlçatanlığının qorunmasını təmin etmək məqsədilə riskəsaslı yanaşma üzərində qurulmuş beynəlxalq informasiya təhlükəsizliyi idarəetmə sistemidir. Standart informasiya təhlükəsizliyi risklərinin müəyyən edilməsi, qiymətləndirilməsi və uyğun nəzarət mexanizmlərinin tətbiqini tələb edir. ISO/IEC 27001-in tətbiqi kibertəhlükələrə qarşı davamlılığın artırılmasına, məlumatların qorunmasına və tənzimləyici tələblərə uyğunluğun təmin edilməsinə imkan yaradır.

Xatırladaq ki, ISO beynəlxalq standartları hazırda dünyada bir sıra mütərəqqi təşkilatlar və qurumlar tərəfindən tətbiq olunur. İcbari Sığorta Bürosunda ISO beynəlxalq standartlarınının tətbiqi “2025-2027-ci illərdə Sığorta Sektorunun İnkişaf Strategiyası”ndan irəli gələn əsas vəzifələrdən biridir. Büro beynəlxalq standartların tətbiqi istiqamətində fəaliyyətini gələcəkdə də davam etdirəcək.

XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:188
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 08 Yanvar 2026 10:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see407

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see350

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see334

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see314

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see259

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see254

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see253

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see232

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see226

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see223

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see216

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see212

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see209

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see209

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see207

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see205

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see195

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see192

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see188

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri