İcbari tibbi sığorta çərçivəsində apteklərdən dərmanların necə alınacağı müəyyənləşir
Apa.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Aptek təşkilatları icbari tibbi sığortada iştirak etmək hüququna malik olacaqlar.
APA-nın xəbərinə görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Tibbi sığorta haqqında" qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, icbari tibbi sığortada iştirak etmək niyyətini bildirən aptek təşkilatları ilə qanuna uyğun olaraq müqavilə bağlanılacaq.
Sığortaolunanlara aptek təşkilatları tərəfindən ambulator şəraitdə istifadə olunan dərman vasitələrinin buraxılmasına yalnız icbari tibbi sığorta üzrə məlumat bazasına (elektron informasiya ehtiyatına) ötürülmüş resept əsasında yol veriləcək.
İcbari tibbi sığorta üzrə sığortaolunanların hüquqları sırasına isə aptek təşkilatını seçmək və pozitiv siyahıya daxil olan dərman vasitələri ilə təmin olunmalarını tələb etmək, buraxılan dərman vasitələrinin qiyməti, şərti kompensasiya məbləği və “Dərman vasitələri haqqında” qanununa uyğun olaraq digər məlumatları aptek təşkilatından tələb etmək, o cümlədən aptek təşkilatının təqsiri üzündən dəymiş zərərin əvəzinin ödənilməsini aptek təşkilatından tələb etmək daxil edilir.
Qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:73
Bu xəbər 29 Noyabr 2024 12:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















