İcbari tibbi sığorta ilə 347 mindən çox əməliyyat icra olunub RƏSMİ
Bizim media saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Cari ilin ilk 11 ayı ərzində icbari tibbi sığorta çərçivəsində vətəndaşlara 86 milyondan çox tibbi xidmət göstərilib.
Bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən Bizim.Media-ya məlumat verilib.
Verilən açıqlamada 2025-ci ildə İTS çərçivəsində ən çox istifadə edilən xidmətlər də qeyd olunub:
“Əhali tərəfindən dövlət tibb müəssisələrinə müraciətlər 4%, xidmətlərin icrası isə 12% artıb. Ən çox müraciət edilən xəstəliklər sırasında ilk yerdə ümumi tibbi müayinə, endokrin, tənəffüs, qan dövranı və sidik-cinsiyyət sisteminin xəstəlikləri gəlir”.
Bəs İTS çərçivəsində neçə əməliyyat həyata keçirilib?
Agentlikdən bildirilib ki, dövlət tibb müəssisələrində 347 mindən çox əməliyyat icra olunub. Ən çox uroloji, təbii doğuş və qeysəriyyə əməliyyatları üstünlük təşkil edib.
Özəl tibb müəssisələrinə 10 ay ərzində verilən 260 mindən çox göndəriş isə vətəndaşların seçim imkanlarını və tibbi xidmətlərə əlçatanlığı daha da genişləndirib.
Nəzrin Mirzəyeva, Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:103
Bu xəbər 23 Dekabr 2025 20:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















