Icma.az
close
up
RU
İcbari tibbi sığorta ilə bağlı problem həll olundumu?

İcbari tibbi sığorta ilə bağlı problem həll olundumu?

Icma.az, Hurriyyet portalına istinadən məlumat yayır.

Adil Qeybulla: “Bizim məmurlar belə proseslərə qatılmır və nəticədə bu cür problemlər yaşanır”
Son günlər icbari tibbi sığorta ilə bağlı müəyyən narazılıqlar meydana çıxıb. Vətəndaşlar yeni qaydalar və sığorta haqqının ödənilməsi mexanizmi barədə əlavə məlumat və aydınlıq tələb edirlər. Milli Məclisin sonuncu plenar iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin ikinci oxunuşda müzakirəsi zamanı maliyyə naziri Sahil Babayev bildirib ki, uşaqlar, pensiyaçılar, əlilliyi olan şəxslər, əmək qabiliyyətsiz və işsiz şəxslər dövlət tərəfindən tibbi sığorta olunacaq. Nazir qeyd edib ki, bəzi hallarda bu, tam əks formada başa düşülür və yanlış olaraq düşünülür ki, işsizlər sığortalanmayacaq. Əksinə, qanunvericilikdə ilk dəfə olaraq birbaşa göstərilir ki, işsiz şəxslər də dövlət tərəfindən icbari tibbi sığorta ilə təmin olunacaq.
Qeyd edək ki, hazırda formal şəkildə fəaliyyət göstərən qurumlarda işçilər və işəgötürənlər hər biri 2% olmaqla, ümumilikdə bir vətəndaş üçün 4% icbari tibbi sığorta haqqı ödəyirlər. Təklif olunan qanun dəyişikliyinə əsasən, müəyyən kateqoriyalara aid şəxslər istisna olmaqla, əmək potensialı olan bütün vətəndaşlar ayda minimum əməkhaqqının (400 manat) 4%-i, yəni 16 manat həcmində icbari tibbi sığorta haqqı ödəyəcəklər.

Həkim-cərrah, professor Adil Qeybulla Musavat.com-a deyib ki, icbari tibbi sığorta ilə bağlı müəyyən iradlar var: “Əslində, bu, ilk təcrübədir və təbii ki, iradların olması da məntiqlidir. Amma mən düşünürəm ki, iradlara səbəb olan məsələlər, eləcə də beynəlxalq praktikada bizdən fərqli tətbiqlər varsa, biz onların üzərində düşünməli və həmin istiqamətdə addımlar atmalıyıq ki, sistem beynəlxalq praktikaya uyğunlaşsın. Son dəyişikliklə bağlı ən çox irad işləməyən vətəndaşların öz hesabına sığortalanması məsələsi idi. Əlbəttə, burada müəyyən anlaşılmazlıq var idi. Amma əgər belə bir konsepsiya formalaşdırılıbsa və bu məsələ bu yolla həll olunacaqsa, hesab edirəm ki, xeyli problem aradan qalxacaq.
Ümumilikdə, icbari tibbi sığorta ilə bağlı yaxşı olardı ki, vətəndaş cəmiyyəti nümayəndələri və mütəxəssislər bir araya gəlib tədbir keçirsinlər. Təəssüf ki, bizim məmurlar belə proseslərə qatılmır və nəticədə bu cür problemlər yaşanır. Halbuki məsləhətləşmə yolu ilə bir çox məsələnin həllində irəliləyiş əldə etmək mümkündür. Mən son dəyişiklikləri müsbət dəyərləndirirəm və hesab edirəm ki, ümumi işə xeyli fayda verəcək”.
Qeyd edək ki, qeyri-formal məşğul olan şəxslər, yəni rəsmi əmək müqaviləsi olmadan gəlir əldə edənlər, tibbi sığorta haqlarını müəyyən olunmuş məbləğ üzrə özləri ödəyəcəklər. Əmək müqaviləsi ilə işləyən və rəsmi qeydiyyata malik şəxslərin sığorta haqları isə avtomatik olaraq onların maaşından və işəgötürən tərəfindən ödənilir. İcbari Tibbi Sığorta Fonduna köçürülən vəsait həm işçi, həm də işəgötürən tərəfindən təmin edilir.
Afaq Mirayiq

Share

Tweet

Email

Share

Share

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:156
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 04 Dekabr 2025 21:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see319

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see304

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see291

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see290

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see262

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see241

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see238

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see235

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see222

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see219

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see215

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see215

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see214

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see212

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see203

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see201

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see192

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see192

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see189

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri