Icma.az
close
up
RU
İcbari tibbi sığorta mövzusunda təlim keçirilib FOTOLAR

İcbari tibbi sığorta mövzusunda təlim keçirilib FOTOLAR

Azvision saytından alınan məlumata görə, Icma.az bildirir.

AzVision.az xəbər verir ki, məqsəd icbari tibbi sığorta sistemi və tibbi xidmətlərin xəstəxanalarda təşkili barədə yazan jurnalistlərin bu sahədə daha dolğun məlumatlandırılması, əməkdaşlığın gücləndirilməsi və görülən işlərin media vasitəsilə ictimaiyyətə düzgün çatdırılmasıdır.
Tədbirin açılışında Agentliyin Tibbi planlama departamentinin rəhbəri Hikmət İbrahimli çıxış edib. O, icbari tibbi sığortanın ölkədə tibbi xidmətlərə çıxışı təmin edən sosial təminat mexanizmi olduğunu vurğulayıb:
"İxtisaslaşdırılmış tibbi xidmətlərin Xidmətlər Zərfi ilə əhatə olunması vətəndaşların daha geniş spektrdə xidmətlərdən yararlanmasına imkan verir. Əsas məqsəd yalnız xidmət çeşidini artırmaq deyil, həm də bu xidmətlərin ölkə üzrə bərabər şəkildə əlçatanlığını təmin etməkdir. İcbari tibbi sığorta təkcə maliyyə mexanizmi deyil. Sığorta vətəndaşın sağlamlığının qorunmasında onun yanında olan və tibbi yardıma çıxışı təmin edən sistemdir. Bu gün sığorta mexanizmi tibb müəssisələrində xidmət keyfiyyətinin yüksəldilməsinə, həkimlərin peşəkar inkişafına və ən əsası vətəndaşın vaxtında, əlavə maliyyə yükü olmadan müalicə almasına şərait yaradır".

Agentliyin Marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Aynurə Əhmədova təqdimatla çıxış edərək bildirib ki, jurnalistlərin maarifləndirmə prosesində rolu təkcə məlumat ötürməkdən ibarət deyil, həm də ictimai etimadın formalaşdırılması baxımından əhəmiyyət daşıyır. Onun sözlərinə görə, bu ilin ilk 10 ayında ölkə əhalisinin 50%-i icbari tibbi sığortadan istifadə edib:
"Müraciətlər üzrə 77 milyondan çox tibbi xidmət göstərilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 12% artım deməkdir. Özəl tibb müəssiələrində icbari tibbi sığorta çərçivəsində göstərilən xidmətlərin sayı bu ilin 8 ayı ərzində ötən ilin eyni dövrü ilə müqayisədə 18% artıb".

Daha sonra TƏBİB-in İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin rəhbəri Zamirə Ədilova bildirib ki, hazırda TƏBİB tərəfindən xidmət əlçatanlığının artırılması və keyfiyyətin yüksəldilməsi üçün bir sıra layihələr həyata keçirilir. Eyni zamanda, ilkin səhiyyə xidmətlərinin gücləndirilməsi istiqamətində genişmiqyaslı institusional işlər aparılır:
"Mövcud idarəetmə, maliyyələşdirmə, kadr potensialı və infrastruktur üzrə aparılan təhlillər əsasında “İlkin tibbi-sanitariya yardımının təkmilləşdirilməsinə dair Konsepsiya Sənədi” hazırlanıb. Sənəd xidmətlərin əlçatanlığı, keyfiyyəti və dayanıqlılığı üzrə 7 strateji istiqamət və 36 tədbiri əhatə edir ki, bunlardan biri də ilkin səhiyyə müəssisələrinin maddi-texniki bazasının yenilənməsidir".
Agentliyin Göndərişlər şöbəsinin müdiri Arif Əkbərov vətəndaşların ixtisaslaşmış tibbi xidmətlərə yönləndirilməsində göndəriş sisteminin düzgün tətbiqinin vacibliyini vurğulayıb. O həmçinin göndərişlərin əldə olunması üsulları, tibbi xidmətlərin göstərilməsi zamanı elektron göndərişlərin tətbiqi, eləcə də təcili və təxirəsalınmaz hallarda özəl tibb müəssisələrinə göndəriş verilməsi proseduru barədə geniş məlumat təqdim edib. Onun sözlərinə görə, göndəriş mexanizmi yalnız xəstənin ixtisaslaşmış xidmətdən istifadəsini təmin etmir, eyni zamanda tibbi resursların səmərəli bölüşdürülməsi və sistem üzrə vahid qərarvermənin formalaşmasına xidmət edir.
TƏBİB-in Tibbi sığorta departamentinin rəhbəri Səbinə Quliyeva bildirib ki, TƏBİB-in tabeliyində 14 Tibbi Ərazi Bölməsi üzrə 87 tibb müəssisəsi fəaliyyət göstərir. Bu müəssisələrin hər biri icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində əhaliyə tibbi xidmət göstərir:

"Tibb müəssisələri fəaliyyət göstəriciləri, kadr potensialı və xidmət səviyyəsinə uyğun olaraq müxtəlif kateqoriyalara ayrılır. 2025-ci ilin ilk 10 ayı ərzində tibb müəssisələrində icra olunan tibbi xidmət göstəricilərinin 2024-cü ilin eyni dövrü ilə müqayisəsində müsbət dinamika görünür. Nəticədə TƏBİB-in tabeliyindəki tibb müəssisələrində icra olunan tibbi xidmətlər üçün ödənilən məbləğ üzrə də 8% artım qeydə alınıb".
TƏBİB-in İxtisaslı tibbi xidmətin təşkili departamentinin rəhbəri Nəzrin Mustafayeva bildirib ki, qurumun tabeliyində fəaliyyət göstərən tibb müəssisələrində müasir tibbi xidmət spektri genişlənir:

"Artıq müəssisələrdə FAKO üsulu ilə katarakta, DSR (gözyaşı kanal tıxanıqlığı) əməliyyatı, Avastin inyeksiyası və digər oftalmoloji prosedurlar icra olunur, regionlarda xidmət çeşidliliyinin artırılması istiqamətində ardıcıl işlər aparılır. Gələcək mərhələdə vitroretinal əməliyyatların icrası, refraktiv cərrahiyyə mərkəzinin yaradılması, habelə müəssisələrin müasir avadanlıqlarla təchizatı planlaşdırılır".
Daha sonra təcili və təxirəsalınmaz tibbi yardım xidməti, mövcud briqada, ambulans sayları, gündəlik çağırışlar, xidmətin təkmilləşdirilməsi üçün görüləcək işlərlə bağlı planlar da media nümayəndələrinin nəzərinə çatdırılıb.
Agentliyin Monitorinq şöbəsinin baş məsləhətçisi Kamran İbrahimov monitorinq fəaliyyətinin tibb müəssisələrində icbari tibbi sığorta çərçivəsində tibbi xidmətin göstərilməsi prosesinin keyfiyyətinin, icrasına nəzarət və xidmət yükünün qiymətləndirilməsi baxımından aparıldığını qeyd edib. O, monitorinq nəticələrinin xidmətlərin göstərilməsi prosesinin təkmilləşdirilməsi məqsədilə əsas baza rolunu oynadığını bildirib:
"Bu ilin ilk 3 rübündə 147 tibb müəssisəsi üzrə 699 monitorinq aparılıb. Monitorinqlər əsasən vətəndaşların tibb müəssisələrinə qəbulu və qeydiyyatının təşkili, laboratoriya xidmətlərinin fəaliyyəti, eləcə də sığorta çərçivəsində tibbi xidmətlər üçün göndəriş vərəqələrinin verilməsi prosesinin düzgün icrası istiqamətlərini əhatə edib".
Təlim sual-cavab sessiyası ilə yekunlaşıb.



AzVision.az Qalereya
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:111
embedMənbə:https://azvision.az
archiveBu xəbər 27 Noyabr 2025 16:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see173

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see171

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see155

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see155

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see154

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see147

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see146

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see143

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see142

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see139

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see136

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see135

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see133

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see133

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see132

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see131

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see129

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see129

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri