Icma.az
close
up
RU
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi rəqəmsal platformasını yenilədi

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi rəqəmsal platformasını yenilədi

Qafqazinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (Agentlik) rəsmi internet səhifəsində vətəndaşlara təqdim olunan məlumatların daha əlçatan olması və saytın funksionallığının artırılması məqsədilə bir sıra yeniliklər həyata keçirilib.

“Qafqazinfo” xəbər verir ki, “Tibb müəssisələrinin axtarış sistemi” bölməsi yenilənib.

Səhiyyə Nazirliyinin tabeliyindəki müvafiq elmi-tədqiqat institutları və mərkəzlərində göstərilən tibbi xidmətlər sistemə inteqrasiya edilib. Bu dəyişikliklə vətəndaşlar artıq icbari tibbi sığorta çərçivəsində müraciət edə biləcəkləri bütün dövlət tibb müəssisələrini vahid platforma üzərindən asanlıqla axtarıb tapa bilirlər.

Eyni zamanda, sayta abunəlik funksiyası da əlavə olunub. Bu funksiya istifadəçilərə Agentliyin portalında yerləşdirilən yenilik, xəbər və vakansiyalar barədə elektron poçt vasitəsilə məlumat almağa şərait yaradır. Vətəndaşlar bu funksiyadan istifadə etməklə icbari tibbi sığorta barədə gündəlik yenilikləri daha operativ izləyə bilərlər.

Sayt üzərində həyata keçirilən digər mühüm texniki dəyişikliklərdən biri də interaktiv xəritə funksionallığının genişləndirilməsidir. Artıq həm “Tibb müəssisələrinin axtarışı sistemi”, həm də “Filiallar” bölməsində istifadəçilər öz mövcud məkan məlumatlarına əsasən yaxınlıqda yerləşən dövlət tibb müəssisələrini və Agentliyin regional filiallarını xəritə üzərində birbaşa görə bilirlər.

İstifadəçilərin informasiya axtarışı zamanı yarana biləcək suallarını da nəzərə alaraq saytın müxtəlif bölmələrinə tez-tez ünvanlanan suallardan ibarət “Ən çox verilən suallar” hissəsi əlavə edilib. Bu yanaşma istifadəçilərə məlumatı birbaşa səhifə daxilində əldə etmək və yaranmış suallara dərhal cavab tapmaq imkanı yaradır.

Son olaraq, istifadəçi məmnuniyyətinin artırılması məqsədilə məlumat təqdim edən səhifələrdə qiymətləndirmə və rəy bildirmək imkanları yaradılıb. İstifadəçilər bu səhifələrdə yerləşdirilən məlumatların faydalılığını qiymətləndirməklə yanaşı, əlavə fikir və təkliflərini də birbaşa təqdim edə bilirlər. Bu dəyişiklik Agentliyin saytına dair ictimai rəyin öyrənilməsinə və xidmətlərin davamlı olaraq təkmilləşdirilməsinə imkan yaradır.

Qeyd olunan yeniliklər Agentliyin rəqəmsal xidmətlərinin səmərəliliyini artırmaq, vətəndaşlarla interaktiv əlaqəni gücləndirmək və istifadəçi təcrübəsini davamlı olaraq yaxşılaşdırmaq istiqamətində atılan addımlardır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:235
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 17 İyul 2025 11:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see331

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see331

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see328

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see268

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see263

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see260

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see258

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see254

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see253

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see240

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see216

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see210

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see210

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see210

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see209

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see206

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see206

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see204

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see203

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri