Icma.az
close
up
RU
İcbari tibbi sığortaya salınan tibbi xidmətlər: 17% artıb

İcbari tibbi sığortaya salınan tibbi xidmətlər: 17% artıb

Icma.az, Cebheinfo portalına istinadən məlumat verir.

“2025-ci ilin 11 ayı ərzində tibb müəssisələrində icbari tibbi sığorta çərçivəsində icra olunan tibbi xidmətlərin miqdarı 73 935 191, tibbi xidmətlərin məbləği isə 871 374 631 manat təşkil edib. 2024-cü ilin qeyd edilən dövrü ilə müqayisədə icra olunmuş tibbi xidmətlərin sayında 17%, məbləğində isə 7% artım müşahidə olunub”.

"Cebheinfo.az" xəbər verir ki, bu sözləri TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov TƏBİB-in 2025-ci ilin yekunlarına və gələcək planlara dair brifinqdə deyib.

O bildirib ki, ölkəmizdə icbari tibbi sığortanın tətbiqi səhiyyə sisteminin maliyyələşmə, idarəetmə və xidmət keyfiyyəti baxımından yeni mərhələyə keçidini təmin edib:

Əhalinin sağlamlığının qorunması sahəsində həyata keçirilən tədbirlərin effektivliyinin artırılması, vətəndaşların keyfiyyətli səhiyyə xidmətlərinə əlçatanlığının təmin olunması məqsədilə tabeli tibb müəssisələrində bir sıra yeni xidmətlərin qurulması davam etdirilməkdədir. Belə ki, tibb müəssisələrində bir sıra yüksək texnologiyalı tibbi xidmətlər (cərrahi əməliyyatlar) icra olunur”.

V.Qurbanov qaraciyər və böyrək köçürülməsi əməliyyatlarının Yeni Klinikada, ürək-damar cərrahiyyəsi və invaziv-radioloji xidmətlərin Yeni Klinika, Mərkəzi Neftçilər Xəstəxanası, Şirvan Şəhər Mərkəzi Xəstəxanası, Lənkəran və Şəki rayon mərkəzi xəstəxanalarında, endoprotez əməliyyatlarının isə Yeni Klinika, Mərkəzi Neftçilər Xəstəxanası, Respublika Klinik Xəstəxanası, Nizami, Kliniki, Sabunçu, Sumqayıt tibb mərkəzlərində, Abşeron, Quba və Qəbələ rayon mərkəzi xəstəxanalarında uğurla icra edildiyini deyib:

“Bununla yanaşı, TƏBİB tabeli 13 müəssisədə kataraktanın fakoemulsifikasiyası və aspirasiyası, 23 müəssisədə - intravitreal inyeksiya, avastin xidmətinin icrası həyata keçirilir. Radioloji xidmətlərdən Bakı şəhəri üzrə 7 müəssisədə Maqnit Rezonans Tomoqrafiyası (MRT) və Kompüter Tomoqrafiyası (KT) xidmətləri, regionlar üzrə 9 müəssisədə MRT, 16 tibb müəssisəsində isə KT xidmətləri həyata keçirilir”.

Əfsanə

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:51
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 19 Dekabr 2025 13:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see633

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see267

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see242

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see223

Bizə diktə etməyə çalışırlar İranlı nazirdən AÇIQLAMA

01 Fevral 2026 03:09see215

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see214

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see202

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see193

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see189

“KATV”nin interneti minlərlə insana əzab verir

01 Fevral 2026 07:21see179

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see175

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see172

“Anamı cavanlığımda başa düşmürdüm...” Barat Şəkinskayanın 94 yaşlı qızı

01 Fevral 2026 17:10see160

Starmer: Britaniya kralının qardaşı Endryu Epşteyn işinə görə ifadə verməlidir

01 Fevral 2026 02:05see159

Müğənni Rüfət Mehdiyevin vəfatından 15 il ötür

01 Fevral 2026 12:11see156

Əl gücünün zəifləməsi nəyə işarə edə bilər?

01 Fevral 2026 05:11see153

Gənclər Fondu süni intellekt üzrə təqaüd proqramı elan edib

01 Fevral 2026 20:04see148

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see144

Bakıda Gənclər Festivalı keçirilir

01 Fevral 2026 18:31see139

Amerikalı diplomat: ABŞ İranda Liviya ssenarisinin təkrarlanmasını istəmir

01 Fevral 2026 06:07see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri