Icma.az
close
up
RU
ICD və KOBİA Azərbaycana birbaşa xarici investisiyaların cəlb edilməsini müzakirə edib

ICD və KOBİA Azərbaycana birbaşa xarici investisiyaların cəlb edilməsini müzakirə edib

Icma.az, Missiya.az portalına istinadən məlumat verir.

Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası (ICD) və İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) birbaşa xarici investisiyaların cəlb edilməsi və kiçik və orta sahibkarlığın (KOS) dəstəklənməsi məqsədilə əməkdaşlığın genişləndirilməsi məsələləri üzrə danışıqlar aparıb.

Missiya.Az ICD-yə istinadən xəbər verir ki, görüşdə tərəflər KOS-ların rəqabət qabiliyyətinin artırılması, maliyyələşdirməyə çıxışlarının genişləndirilməsi və dövlət dəstəyi mexanizmlərinin inkişafına yönəlmiş tərəfdaşlığın dərinləşdirilməsinə xüsusi diqqət yetiriblər.

"Bu təşəbbüsün məqsədi transformasiya proqramları, sahibkarlığın inkişafı və beynəlxalq investisiya əməkdaşlığının aktivləşdirilməsi hesabına özəl sektorun inkişafını stimullaşdırmaqdır", - korporasiyanın məlumatında vurğulanıb.

ICD nümayəndələrinin sözlərinə görə, korporasiya yüksək artım və yerli inkişaf potensialına malik olan layihələri dəstəkləyərək davamlı və dinamik inkişaf edən Azərbaycan iqtisadiyyatının formalaşmasına töhfə verir.

Danışıqlar ICD nümayəndə heyətinin Azərbaycana üçgünlük səfəri çərçivəsində aparılıb. Özəl sektorun nümayəndələri ilə qarşılıqlı əlaqələrin aktivləşdirilməsinə həsr olunmuş səfər çərçivəsində Azərbaycan Mərkəzi Bankı (AMB), İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondu və "Azərbaycan İnvestisiya Şirkəti" ASC-nin (AIC) nümayəndələri ilə görüşlər keçirilib.

AMB ilə müzakirələr zamanı özəl sektorun dəstəklənməsi üçün resursların səfərbər edilməsində İslam maliyyə alətlərinin, xüsusilə sukukun potensialı vurğulanıb. ICD həmçinin Sahibkarlığın İnkişafı Fondu və AIC-nin KOS-ların inkişafına yönəlmiş proqramlarına maliyyə və texniki yardım göstərməyə hazır olduğunu bildirib.

Korporasiya Azərbaycan iqtisadiyyatının əsas sektorlarına, o cümlədən mədən sənayesi, tikinti, sement istehsalı, pambıqçılıq və sənaye emalı sahələrinə strateji investisiya imkanlarını nəzərdən keçirir. Yod hasilatı, günəş enerjisi, dayanıqlı tikinti və kənd təsərrüfatı məhsullarının emalı sahələrində birgə layihələrin perspektivlərinə xüsusi diqqət yetirilir.


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:73
embedMənbə:https://missiya.az
archiveBu xəbər 12 May 2025 12:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see764

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see230

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see199

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see198

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see173

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see171

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see159

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see158

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see155

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see154

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see146

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see145

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see144

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see143

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see140

ABŞ də miqrasiya işçiləri onların keçidinə mane olmağa çalışan qadını güllələdi

07 Yanvar 2026 23:46see139

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see139

“O, bizim üçün fundamental oyunçudur” Xabi Alonso Vinisius haqqında

08 Yanvar 2026 00:22see137

Axios: Tramp Qəzza üzrə “Sülh Şurası”nın yaradıldığını elan edə bilər

08 Yanvar 2026 04:37see134

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri