İçərişəhər 2028 ci ilədək özünü maliyyələşdirən mədəni irs mərkəzinə çevriləcək
Bizimyol saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bunu "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin aparat rəhbəri Yuliya Pasternak qurumun 2025-ci ilin yekunlarına həsr olunan mətbuat konfransında deyib.
Onun sözlərinə görə, bu məqsəd İdarənin strateji inkişaf konsepsiyasında əsas hədəf kimi qeyd olunub:
"Turizm sektorunda gəlir potensialının gücləndirilməsi, vahid tarif sistemi, dövlət-özəl tərəfdaşlığı, nağdsız dövriyyənin artırılması İdarənin iqtisadi inkişafı üçün müəyyən edilən hədəfləri sırasındadır. Eyni zamanda, İçərişəhərin büdcədənkənar gəlirlərini artıran və 2028-ci ilə qədər özünü maliyyələşdirən mədəni irs mərkəzinə çevrilməsi hədələnir".
Aparat rəhbəri əlavə edib ki, görülən tədbirlər nəticəsində turist axınının artımı, mədəni layihələrə investisiyaların artırılması gözlənilir.
O bildirib ki, hazırda İçərişəhərdə "Ağıllı Qoruq" modelinə keçid lazımdır. (Report)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:78
Bu xəbər 23 Dekabr 2025 15:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















