İçərişəhər də Azərbaycan Miniatür Sənət Muzeyinin açılışı keçirilib
525.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsində Azərbaycan mədəni irsini təbliğ edən iki əlamətdar tədbir – "Kölgəsiz dünya" sənədli filminin təqdimatı və Azərbaycan Miniatür Sənəti Muzeyinin təntənəli açılış mərasimi olub.
525.az-a Qoruqdan verilən xəbərə görə, təqdimatda "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Rüfət Mahmud və bir sıra mədəniyyət və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Əvvəlcə ISESCO-nun Regional Ofisində filmin nümayişi olub.
Filmin müəllifləri – rəssam Cəmilə Qaşımova və Afaq İmanzadə tamaşaçılara əsərin ideya istiqamətindən söz açıb.
Daha sonra qonaqlar XIV əsrin yadigarı olan Molla Əhməd məscidində təşkil edilən Azərbaycan Miniatür Sənət Muzeyinin açılışına qatılıblar.
Açılış mərasimində elm və incəsənət aləminin tanınmış simaları çıxış edərək muzeyin Azərbaycan miniatür sənətinin öyrənilməsi və gələcək nəsillərə çatdırılmasında mühüm addım olduğunu vurğulayıblar.
Muzeyin ilk ziyarətçiləri ekskursiya zamanı miniatür sənətinin zəngin nümunələrini görmək imkanı əldə ediblər.
Bu tədbirlər həm Azərbaycan miniatür sənətinə yeni nəfəs gətirib, həm də İçərişəhərin mədəni mühitini daha da zənginləşdirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:45
Bu xəbər 02 Oktyabr 2025 17:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















