Icma.az
close
up
RU
İçərişəhər də süni intellekt turistlərə bələdçilik edəcək

İçərişəhər də süni intellekt turistlərə bələdçilik edəcək

Icma.az, Modern.az portalına istinadən məlumat yayır.

İçərişəhər və Qala qoruqlarında “Ağıllı Qoruq” inkişaf modeli tətbiq olunacaq.

Modern.az xəbər verir ki, bu barədə İçərişəhər və Qala qoruqlarında mədəni irsin mühafizəsi və təbliği istiqamətində görülən işlərin təqdim olunduğu ilin yekunlarına həsr edilmiş mətbuat konfransında məlumat verilib.

Bildirilib ki, qoruqların idarə edilməsində “Ağıllı Qoruq” inkişaf modelinin tətbiqi nəzərdə tutulur. Bu model tarixi-mədəni irsin mühafizəsi ilə innovativ, çevik və şəffaf idarəetmə mexanizmləri arasında balansın yaradılmasını hədəfləyən kompleks konsepsiyadır.

Qeyd edilib ki, model 5 əsas istiqaməti əhatə edir. Bunlar smart infrastruktur, irsin rəqəmsal idarə edilməsi, dayanıqlı turizm və muzey texnologiyaları, ərazidə mobillik və təhlükəsizlik, eləcə də rəqəmsal idarəçilik və data əsaslı qərarvermədir.

Bundan əlavə, layihənin əsas məqsədləri sırasında İçərişəhərdə dayanıqlı idarəçilik prinsiplərinin formalaşdırılması, tarixi irsin rəqəmsal idarə olunması və monitorinqinin təmin edilməsi, tarixi mühitin ekoloji və texniki dayanıqlığının qorunması, sakinlər, ziyarətçilər və sahibkarlar üçün xidmət keyfiyyətinin artırılması yer alır.

Mətbuat konfransında həmçinin 2026-2028-ci illəri əhatə edən yol xəritəsi açıqlanıb. 

Yol xəritəsinə əsasən, 2026-cı ildə ağıllı suvarma və ağıllı işıqlandırma sistemlərinin qurulması, irsin rəqəmsal arxivinin yaradılması və abidələrin 3D skanlanması, bilet sistemlərinin elektronlaşdırılması planlaşdırılır.

2027-ci ildə tullantıların ağıllı idarə olunması, ziyarətçi axınının smart texnologiyalarla tənzimlənməsi, NFC, VR və AR texnologiyalarının tətbiqi, parklanma və sürətə nəzarət mexanizmlərinin qurulması nəzərdə tutulur.

2028-ci ildə isə bərpa olunan enerji mənbələrindən istifadə, monitorinq sensorlarının quraşdırılması, süni intellekt əsaslı bələdçi və əraziyə nəzarət texnologiyalarının tətbiqi, eləcə də data əsaslı qərarvermə sistemlərinin tam şəkildə formalaşdırılması planlaşdırılır.

Konfrans çərçicəsində vurğulanıb ki, qeyd olunan layihələr İçərişəhər və Qala qoruqlarında tarixi irsin qorunması ilə yanaşı, müasir idarəetmə və turizm imkanlarının genişləndirilməsinə xidmət edəcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:92
embedMənbə:https://modern.az
archiveBu xəbər 23 Dekabr 2025 12:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see307

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see304

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see295

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see265

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see260

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see252

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see248

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see243

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see241

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see233

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see218

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see216

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see216

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see215

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see212

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see210

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see203

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see202

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see194

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri