İçərişəhər Dövlət TarixMemarlıq Qoruğu İdarəsi ElmiMədəni Mərkəzə yazılan protokola baxılacaq tarix açıqlandı
Pravda.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi Elmi-Mədəni Mərkəzə yazılan inzibati protokola baxılacaq tarix açıqlanıb.
Pravda.az-ın xəbərinə görə, sənədə Səbail Rayon Məhkəməsinin hakimi Azər Tağıyevin sədrliyi ilə 2025-ci ilin yanvarın 10-da baxılacaq.
Xatırlatma: Protokol müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 469.3-cü (“İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə mülki məsuliyyəti icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş avtonəqliyyat vasitəsi sahibləri tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə fiziki şəxslər əlli manat məbləğində, vəzifəli şəxslər yüz manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir) maddəsinə əsasən tərtib edilib.
Xəyal Quliyev


