İçərişəhər stansiyasının arxasında yeni dönmə kamerası inşa ediləcək
Avtosfer portalından verilən məlumata əsasən, Icma.az bildirir.
"Metronun "İçərişəhər" stansiyasının arxasında inşa ediləcək yeni dönmə kamerası Bakı Metropolitenində intervalın azaldılmasına şərait yaradacaq, lakin bu proses sərnişinlərin hərəkətinə heç bir maneə törətməyəcək".
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "Bakı Metropoliteni" QSC-nin nümayəndəsi Bəxtiyar Məmmədov deyib.
O bildirib ki, işlər elə şəkildə planlaşdırılıb ki, stansiyanın fəaliyyətinə və sərnişin təhlükəsizliyinə təsir göstərməsin:
"İşlər elə qaydada aparılacaq ki, qatarlar əvvəlki kimi "İçərişəhər" stansiyasına daxil olub sərnişinlərini daşıyacaq. Əsas məsələ tam təhlükəsiz şəraitdə infrastrukturun yenilənməsini təmin etməkdir. Bu, metro üçün çox vacib inşaat məsələsidir, çünki gələcəkdə xətlərin ayrılması ilə əlaqədar intervalın azaldılması böyük əhəmiyyət kəsb edəcək".
B.Məmmədov vurğulayıb ki, inşaat sahəsi stansiyanın qala istiqamətində deyil, əks tərəfdə yerləşəcək:
"Həmin ərazidə aparılacaq işlər qala tərəfinə gediş-gəlişə, sərnişin axınına heç bir təsir göstərməyəcək. Stansiyanın yaxınlığında insanların hərəkətinə mane olacaq heç bir məhdudiyyət planlaşdırılmır".
O əlavə edib ki, layihənin yer seçimi və texniki həlli ilə bağlı işlər artıq yekunlaşmaq üzrədir:
"Layihələndirmə mərhələsi başa çatmaq üzrədir. İstifadə olunacaq üsullar, inşaat texnologiyaları və görüləcək yeniliklər yaxın dövrdə ictimaiyyətə təqdim olunacaq. Bu ilin sonuna qədər layihə üzrə fəal mərhələyə başlanması, növbəti ildən isə inşaat işlərinin intensiv şəkildə aparılması gözlənilir".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:73
Bu xəbər 07 Noyabr 2025 12:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















