İçərişəhərdə nəqliyyatın hərəkət sxemi dəyişdirilir
Xalq qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
İçərişəhər qoruq ərazisində sakinlərin rahatlığının və təhlükəsizliyinin təmin edilməsi, eləcə də Qoşa Qala meydanında geniş piyada məkanının yaradılması məqsədilə nəqliyyatın hərəkət sxemində dəyişikliklər ediləcək.
Yeni sxemə əsasən, 15 oktyabr 2026-cı il tarixindən Qoşa Qala meydanında nəqliyyat vasitələrinin hərəkəti tamamilə dayandırılacaq və ərazi piyadaların istifadəsinə veriləcək.
Eyni zamanda, Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzindən Böyük Qala küçəsi istiqamətində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq. Bu istiqamətdə hərəkət M.Ə.Sabir küçəsinə yönləndiriləcək. M.Ə.Sabir küçəsi ilə hərəkət edən nəqliyyat vasitələri sağa – Qoşa Qala qapılarının çıxışına, sola hərəkət edənlər isə Kiçik Qala küçəsinə istiqamətləndiriləcək.
Qoruq ərazisində yaşayan sakinlərin və onlara xidmət göstərən nəqliyyat vasitələrinin giriş-çıxışının daha rahat təşkili üçün Səftər Quliyev, Qüllə və Böyük Qala küçələrində yaşayan sakinlərin nəqliyyat vasitələri Neftçilər prospektindən Səftər Quliyev küçəsindəki birtərəfli giriş vasitəsilə əraziyə daxil ola biləcəklər.
Dəyişikliklərin sakinlərin yaşayış ünvanlarına daha qısa və rahat marşrutla hərəkətinə, həmçinin Vəli Məmmədov küçəsindəki əsas girişdə nəqliyyat axınının optimallaşdırılmasına imkan verəcəyi bildirilir.
Sakinlərdən 15 oktyabrdan etibarən İçərişəhər qoruğu ərazisinə daxil olarkən Səftər Quliyev küçəsindəki girişdən istifadə etmələri xahiş olunur.
Yeni hərəkət sxeminin tətbiqi ilə Qoşa Qala meydanında tarixi şəhərin xüsusiyyətlərinə uyğun daha geniş və təhlükəsiz piyada məkanının formalaşdırılması nəzərdə tutulur.
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:98
Bu xəbər 03 Oktyabr 2026 15:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















