İçərişəhərdə şairə Nigar Həsənzadənin “Mənim Tanrım” adlı poeziya axşamı keçirilib
Xalq qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
30 may tarixində İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin təşkilatçılığı ilə İçərişəhərin incilərindən olan Şirvanşahlar Sarayı Kompleksində tanınmış şairə, “Söz” və “İgidlərin Sözü” layihələrinin müəllifi Nigar Həsənzadənin “Mənim Tanrım” adlı poeziya gecəsi keçirilib.
Tarixi atmosferi ilə seçilən bu məkanda keçirilən tədbir, həm məzmunu, həm də emosional ruhu ilə iştirakçılara unudulmaz anlar yaşadıb. Gecə boyunca musiqi sədaları altında şairənin sevgi, həyat və mənəvi axtarışlarla dolu şeirləri səsləndirilib. Əməkdar artist Gülzar Qurbanova, YUĞ Teatrının aktyoru Elşən Əsgərov, teatr və kino aktyorları Oksana Rəsulova, Tural Əhməd, Nicat Məmmədov, həmçinin qiraətçi Xəzər Süleymanlı şeirləri səmimi və duyğulu ifaları ilə təqdim edərək tədbirə xüsusi ovqat qatıblar.
Gecənin əsas hissəsində Nigar Həsənzadə özü “Mənim Tanrım” mövzusuna həsr olunmuş yeni və tanınmış şeirlərini səsləndirib. O, poeziyanın insan mənəviyyatındakı yeri, daxili dünya ilə ünsiyyəti və yaradıcı təfəkkürün sirli qatlarından danışaraq dinləyicilərlə dərin emosional bağ qurub.
Tədbirdə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələri iştirak ediblər. Gecənin qonaqları sırasında Xalq şairləri Ramiz Rövşən və Sabir Rüstəmxanlı, Xalq yazıçısı Afaq Məsud, yazıçı Seyran Səxavət, tanınmış şairlər Səlam Sarvan, Arif Buzovnalı, Mahir Qarayev, Sayman Aruz, Xanım İsmayılqızı və digər yaradıcı şəxslər yer alıblar. Onlarla yanaşı, Milli Məclisin deputatları, mədəniyyət və incəsənət xadimləri, ictimaiyyət nümayəndələri, eləcə də “İgidlərin Sözü” layihəsinin iştirakçısı olan müharibə veteranı şairlər də gecədə iştirak ediblər.
Baxış sayı:138
Bu xəbər 31 May 2025 14:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















