Icma.az
close
up
RU
İçərişəhərdə Şanlıurfa Mədəniyyət Günləri başlayıb

İçərişəhərdə Şanlıurfa Mədəniyyət Günləri başlayıb

Newscenter.az saytından alınan məlumata görə, Icma.az bildirir.


Bakıda Şanlıurfanın tarixi və mədəni irsini tanıtmaq məqsədilə "Tarixin qəlbi Xəzərin sahilində: Şanlıurfa Mədəniyyət Günləri" adlı ikigünlük tədbir keçirilir.
Newscenter.az xəbər verir ki, mərasim Bakı Yunus Əmrə İnstitutunun ev sahibliyi, Türkiyə–Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyinin (TÜİB) dəstəyi, Şanlıurfa Böyükşəhər Bələdiyyəsinin töhfələri və İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu ilə əməkdaşlıq çərçivəsində təşkil olunub.
Şanlıurfa Böyükşəhər Bələdiyyəsinin sədri Mehmet Kasım Gülpınar tədbirlə əlaqədar keçirilən mətbuat konfranda bildirib ki, təşəbbüs Azərbaycan və Türkiyə arasında mövcud olan dostluq və qardaşlıq münasibətlərinin, xalqlarımız arasında tarixi və mədəni bağların daha da möhkəmləndirilməsinə xidmət edəcək:

"Proqram çərçivəsində Şanlıurfanın minilliklərə söykənən tarixi, zəngin mədəni irsi, milli mətbəxi, ənənəvi sənətkarlıq nümunələri, folkloru və musiqi mədəniyyəti Bakı sakinləri və şəhərin qonaqlarına təqdim olunacaq".
Bələdiyyə sədri əlavə edib ki, ikigünlük proqram çərçivəsində İçərişəhər Meydanında Göbeklitepe, Karahantepe və Şanlıurfanın tarixi, təbii və mədəni dəyərlərini əks etdirən sərgilər təşkil ediləcək.

Bakı Yunus Əmrə İnstitutunun sədr müavini Ömer Yıldız isə mədəniyyət günləri çərçivəsində ziyarətçilərin Şanlıurfaya məxsus yerli məhsullar, ənənəvi sənətkarlıq nümunələri və suvenirlərlə tanış olmaq, şəhərin özünəməxsus milli mətbəxindən nümunələri dadmaq imkanı əldə edəcəyini vurğulayıb:
"Mədəni proqramın mühüm hissəsini Şanlıurfanın zəngin folklor və musiqi ənənələrini əks etdirən konsertlər, xalq rəqsləri və Sıra Gecəsi təşkil edəcək. Bununla yanaşı, ziyarətçilərə Şanlıurfanın əsrlər boyu formalaşmış mədəni ənənələri və sənət nümunələri də təqdim olunacaq. Təşəbbüsün əsas məqsədi Şanlıurfanın qədim tarixinin və zəngin mədəni irsinin Azərbaycan ictimaiyyətinə daha yaxından tanıdılması, iki qardaş xalq arasında mədəni əlaqələrin inkişaf etdirilməsi və qarşılıqlı mədəni mübadilənin genişləndirilməsidir".
"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin aparat rəhbərinin müavini Rəna Nəsirova-Mustafayeva vurğulayıb ki, "Tarixin qəlbi Xəzərin sahilində: Şanlıurfa Mədəniyyət Günləri" Azərbaycan və Türkiyə xalqları arasında mövcud olan tarixi və mədəni bağların daha da möhkəmləndirilməsi, Şanlıurfanın mədəniyyət və turizm imkanlarının Azərbaycanda tanıdılması baxımından mühüm əhəmiyyət daşıyır.
Mətbuat konfransında diqqətə çatdırılıb ki, Şanlıurfa qədim tarixi və zəngin mədəni irsi ilə Türkiyənin mühüm mədəniyyət və turizm mərkəzlərindəndir. Dünyanın ən qədim monumental tikililərindən biri hesab olunan Göbeklitepe, Karahantepe, tarixi Harran və şəhərin mühüm simvollarından biri olan Balıklıgöl Şanlıurfanın zəngin tarixi irsinin əsas nümunələrindəndir. Şəhər həmçinin özünəməxsus mətbəxi və musiqi ənənələri ilə seçilir.
Xatırladaq ki, tədbir sentyabrın 6-dək davam edəcək.(report)
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:191
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 05 Sentyabr 2026 12:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see344

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see340

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see339

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see301

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see293

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see291

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see288

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see278

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see277

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see269

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see268

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see235

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see233

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see230

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see225

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see225

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see222

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see222

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see212

İlkin tibbi yardım üçün ən yaxın səhiyyə müəssisəsinə müraciət edilməlidir Həkim

21 Oktyabr 2026 17:48see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri