Icma.az
close
up
RU
İçərişəhərdə Şimali Kipr Günü: musiqi, rəqs və mədəniyyət bir arada REPORTAJ

İçərişəhərdə Şimali Kipr Günü: musiqi, rəqs və mədəniyyət bir arada REPORTAJ

Modern.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bu gün İçərişəhərdə adi günlərdən fərqlənən bir ab-hava var. Çünki hazırda "Kuzey Kıbrıs Kültür Günü" keçirilir. İçərişəhərin qonaqları fərqli bir mənzərə-Azərbaycan, Türkiyə və Şimali Kipr Türk Cümhuriyyətinin bayraqları qarşılayır. Küçələr boyunca qurulan stendlər, səhnədən yüksələn musiqi səsləri və müxtəlif guşələrdən gələn yeməklərin qoxusu kiçik bir mədəniyyət festivalını andırır.

Modern.az olaraq, hadisə yerində "Kuzey Kıbrıs Kültür Günü"nə böyük marağın şahidi oluruq. Tədbir məkanına gələn qonaqlar stendləri gəzir, sənətkarlarla söhbət edir, Şimali Kiprə məxsus məhsullarla yaxından tanış olurlar.

Elə bu məqamda qeyd etmək yerinə düşərdi ki, açılış mərasimində Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri Ünal Üstel, Baş nazirin müavini və Turizm, Mədəniyyət, Gənclik və Ətraf Mühit naziri Fikri Ataoğlu, Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Birol Akgün, Milli Məclisin Azərbaycan–Şimali Kipr Türk Respublikası parlamentlərarası işçi qrupunun rəhbəri Cavanşir Feyziyev, deputatlar, ictimaiyyət və media nümayəndələri iştirak ediblər. Onlar Azərbaycan və Şimali Kipr arasında münasibətlərin inkişafından, ortaq mədəni irsin qorunmasının əhəmiyyətindən danışıblar. Natiqlər mədəniyyətin xalqları bir-birinə yaxınlaşdıran ən güclü vasitələrdən biri olduğunu vurğulayıblar.

Çıxışlardan sonra yenidən qeyri-rəsmi hissə başlayır. Əvvəlcə Şimali Kiprin folklor kollektivləri çıxış edir. Milli geyimlərdə səhnəyə çıxan rəqqasların ifaları tamaşaçıların alqışları ilə müşayiət olunur. Səhnənin qarşısında dayanmış insanlar telefonları ilə bu anları lentə alır, bəziləri isə musiqinin ritminə qoşularaq çıxışları izləyir.

Folklor proqramından sonra səhnə daha fərqli bir rəng alır. Şimali Kiprin tarixi, təbiəti və mədəni motivlərindən ilhamlanan geyim kolleksiyası təqdim olunur. Qeyri-adi libaslar, cəsarətli dizaynlar və səhnə tərtibatı tədbirin ən çox diqqət çəkən məqamlarından birinə çevrilir.

Səhnədə proqram davam etdiyi vaxt ziyarətçilərin böyük hissəsi sərgi guşələrinə üz tutur.

Burada Şimali Kiprdən gətirilmiş əl işləri, keramika nümunələri, toxuculuq məhsulları, dekorativ aksesuarlar və suvenirlər nümayiş etdirilir. Stendlərin birində əl işi tikmə nümunələri hazırlanır, digərində keramika ustaları öz məhsullarını təqdim edir, başqa bir guşədə isə yerli istehsal məhsulları qonaqların marağına səbəb olur.

Ən çox insan toplaşan yerlərdən biri isə mətbəx guşələridir.

Şimali Kiprə məxsus şirniyyatlar, ev üsulu ilə hazırlanmış mürəbbələr, müxtəlif içkilər və milli təamlar qonaqlara təqdim olunur. Bir çox ziyarətçi məhsulların dadına baxdıqdan sonra onların hazırlanma qaydaları ilə maraqlanır, satıcılarla söhbət edir.

Tədbir boyu hiss olunan əsas məqam isə səmimiyyətdir. Şimali Kiprdən gələn sənətkarlar, sahibkarlar və nümayəndələr qonaqlarla ünsiyyət qurur, adanın tarixi, turizm imkanları və mədəniyyəti haqqında danışırlar.

Gün ərzində İçərişəhərdə təkcə bir mədəniyyət proqramı keçirilmir. Burada iki qardaş xalqın ortaq dəyərləri nümayiş olunur, mədəniyyət vasitəsilə qurulan əlaqələrin nə qədər güclü olduğu göstərilir.

Tədbirdən digər fotoları da təqdim edirik:

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:160
embedMənbə:https://modern.az
archiveBu xəbər 13 İyun 2026 17:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see767

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see595

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see332

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see283

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see280

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see268

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see249

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see245

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see228

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see227

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see214

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see212

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see208

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see203

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see203

Dünyada cəmi bir ədəd qalan ağacı qorumaq üçün kəndirlə bağladılar

28 Noyabr 2026 00:39see201

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see192

Tamar İoseliani: Bakı Orta Dəhlizin inkişafında mühüm regional tərəfdaşdır

27 Noyabr 2026 22:46see191

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see190

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri