İçərişəhərdə tarixi binanın divarı yazıldı Rəsmi açıqlama
Axar.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tarixi binanın üzərinin yazılmasına münasibət bildirib.
Kult.az xəbər verir ki, qoruqdan Report-un sorğusuna cavab olaraq bildirilib ki, dünyanın müxtəlif şəhərlərində bu kimi hallara rast gəlinir.
"Yazıların olduğu səth istənilən vaxt təmizlənə və yenidən rənglənə bilən hissədir və bu yazılar tarixi irsə fiziki zərər vurmur. Dünyanın müxtəlif şəhərlərində bu kimi hallar müşahidə olunur. Bu baxımdan, müəyyən edilmiş səth çərçivəsində yaranan spontan yazılara bir növ "Art Wall" – xatirə və ifadə divarı kimi yanaşmaq mümkündür", - məlumatda bildirilib.
Qeyd olunub ki, abidələrə, qədim daşlara və autentik memarlıq elementlərinə hər hansı müdaxilə yolverilməzdir və ciddi nəzarətdə saxlanılır:
"Hazırda məsələ polis və digər aidiyyəti qurumların əməkdaşları tərəfindən nəzarətə götürülüb. Binanın əsas yola çıxan fasad hissəsi isə "İçərişəhər"Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən təmizlənərək mövcud neqativ hal aradan qaldırılıb".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:125
Bu xəbər 11 Avqust 2026 18:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















