İçərisində azərbaycanlı biznesmenin də olduğu yaxta aşdı: ölən və yaralananlar var
Icma.az xəbər verir, Lent az saytına əsaslanaraq.
Rusiyada Gəmi ilə bağlı baş vermiş qəza faktı üzrə cinayət işi başlanıb. Hadisə nəticəsində Sоlnçevskaya MÇQ-nin liderlərindən biri Viktor Averin həlak olub, Vladimir Putinin kurs yoldaşı Viktor Xmarin isə xəsarətlər alıb.
Lent.az yerli mediaya istinadla bildirir ki, fakla bağlı Cinayət Məcəlləsinin 263-cü maddəsi ilə (daxili su nəqliyyatında hərəkət və istismar təhlükəsizliyi qaydalarının pozulması, ehtiyatsızlıqdan insan ölümünə səbəb olma) cinayət işi açılıb.
Qeyd olunur ki, hadisədən bir gün əvvəl VIP-sərnişinləri daşıyan gəmi Moskvadakı “Royal” yaxt-klubundan çıxaraq Pestovo qəsəbəsi istiqamətində yola düşüb. Sonradan sağ qalan iştirakçıların bildirdiyinə görə, onlar yeni aldıqları meşə sahəsinə baxmağa gedib, sonra geri qayıdırmışlar. İlkin olaraq istintaqın iki versiyası var.
Birinci versiyaya görə, kanalın çıxışında gəmi sürətlə hərəkət edərkən arxa hissə ilə fırlanıb, alt hissəsinin “pulcuqlu” örtüyü buzdan yapışıb və bu, çevrilməyə səbəb olub.
İkinci versiyaya əsasən, buz üzərinə çıxış zamanı yan sürüşmə baş verib: buz qırılıb, hava balonu zərbə alıb və nəticədə gəmi çevrilib. Nəticədə sərnişinlər suya düşüblər. Gəmidə olanların hamısının sözlərinə görə, aeroxodlu qayığı məhz Viktor Averin idarə edirmiş. Bununla belə, onun kiçik ölçülü gəmini idarə etmək hüququnu təsdiqləyən vəsiqəsi olmayıb. GİMS bazasına görə, onun ümumiyyətlə sürücülük hüquqları da yox imiş.
Ümumilikdə gəmidə altı nəfər olub:
Averin Viktor Sergeyeviç — həlak olub;
Xmarin Viktor Nikolayeviç, 1949-cu il təvəllüdlü (Vladimir Putinin kurs yoldaşı; hadisədən sonra onun adını sərnişin siyahısından gizlətməyə cəhd ediblər);
Perekatov Dmitri Leonidoviç, 18.02.1970 təvəllüdlü (Xmarin və Partnyorları bürosunun vəkili);
Abramuşin İvan İvanoviç, 16.10.1990 təvəllüdlü (Qazaxıstan əsilli, Olimpiya ehtiyatları məktəbində qeydiyyatda olub, ehtimal ki, mühafizəçi);
Əliyev Şamisdan İsmayıl oğlu, 26.07.1964 təvəllüdlü (Xmarinə yaxın azərbaycanlı biznesmen);
Leonova Yekaterina Andreyevna, 26.04.2007 təvəllüdlü (Tula vilayətindən model; sosial şəbəkələrdə porno xidmətlər və OnlyFans ilə əlaqələndirilir).
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:96
Bu xəbər 23 Dekabr 2025 09:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















