ICESCO və Azərbaycanın təşkilatçılığı ilə Mərakeşdə beynəlxalq konfrans keçiriləcək
Icma.az bildirir, Report.az portalına istinadən.
Mərakeşin Rabat şəhərində dekabrın 17-də “Dinlərarası harmoniya: dinc birgəyaşayışın təşviqi” mövzusunda beynəlxalq konfrans keçiriləcək.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən "Report"a verilən məlumata görə, konfrans komitə, İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO) və Azərbaycanın Mərakeşdəki Səfirliyinin birgə təşkilatçılığı ilə keçiriləcək.
Bildirilib ki, tədbirdə müxtəlif cəmiyyətlərdə sülh və birliyin möhkəmləndirilməsinə dini dəyərlərin təsiri, dini dözümlülüyə maneələrin aradan qaldırılması yolları, dinlərarası harmoniyaya dəstək verə biləcək təşəbbüslərlə bağlı müzakirələr aparılacaq. Eyni zamanda, Azərbaycanın dini tolerantlıq modeli və birgəyaşayış ənənələrini təmin edən qanunvericilik bazası haqqında da məlumat veriləcək.
Konfransda Azərbaycan və Mərakeşin dövlət və hökumət qurumlarının, beynəlxalq təşkilatlar, diplomatik korpus və vətəndaş cəmiyyəti institutlarının nümayəndələri, dini liderlər, siyasətçilər, alim və tədqiqatçılar iştirak edəcəklər.
Tədbir çərçivəsində Azərbaycanın multikulturalizm ənənələrini, tarixi və dini abidələrini əks etdirən “Ortaq bəşəri dəyərlər, müxtəlif dinlər” adlı fotosərgi nümayiş etdiriləcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:159
Bu xəbər 16 Dekabr 2024 09:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















