Icma.az
close
up
RU
ICESCOnun Baş direktoru: Azərbaycan COP29da yüksək təşkilatçılıq bacarığını bir daha nümayiş etdirdi AZƏRTAC

ICESCOnun Baş direktoru: Azərbaycan COP29da yüksək təşkilatçılıq bacarığını bir daha nümayiş etdirdi AZƏRTAC

Azertag saytına istinadən Icma.az xəbər verir.

Rabat, 25 noyabr, Çüayib Brhadda, AZƏRTAC

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində keçirilən tədbirlərin böyük uğuru Azərbaycan Respublikasının intellektual və siyasi bacarıqlarını, texniki və logistik imkanlarını hər kəsə göstərdi və dünyanı heyran etdi. Bəşəriyyət iqlim dəyişikliklərinin qarşısının alınması, onun ətraf mühitə və insan mövcudluğuna təsiri ilə bağlı effektiv həllərin tapılmasına töhfə verəcək böyük konfransın şahidi oldu.

Bakıda COP29 konfransı çərçivəsində dünya dövlətlərinin və beynəlxalq təşkilatların böyük nümayəndə heyətlərinin iştirakına əlverişli imkanlar yaradıldı. Konfransın işində fəal iştirak edən beynəlxalq qurumlar arasında İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı olan ICESCO da var idi. Təşkilatın nümayəndə heyətinə Baş direktor Salim bin Məhəmməd əl-Malik rəhbərlik edirdi.

Salim bin Məhəmməd əl-Malik AZƏRTAC-a müsahibəsində ICESCO-nun beynəlxalq iqlim tədbirində iştirakından danışıb, təəssüratlarını bölüşüb:

- ICESCO-nun COP29-da iştirakı barədə nə deyərdiniz?

- Təşkilatımız COP29-da yüksək səviyyədə iştirak etdi. Mavi zonada bizim xüsusi pavilyonumuz qurulmuşdu. Bilirsiniz ki, Mavi zona BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının tərəfləri, eləcə də dövlətlərin rəsmi nümayəndə heyətləri, təsdiq olunmuş nəzarətçi statusunda olan nümayəndə heyətləri üçün nəzərdə tutulmuşdu. ICESCO da bu statusu 2023-cü ilin dekabrında alıb. Pavilyonumuzda 50-yə yaxın tədbir keçirildi, iqlim dəyişikliklərinin torpağa, mədəniyyətə və başqa sahələrə təsirləri müzakirə olundu. Bu tədbirlərdə ətraf mühitin qorunması və iqlim dəyişiklikləri üzrə ekspertlər yüksək səviyyədə iştirak etdilər.

Eyni zamanda, ICESCO konfrans çərçivəsində bir sıra təşəbbüs və mühüm strategiya irəli sürdü. Bunlardan biri “Yaşıl innovatorlar ictimai birliyi” təşəbbüsüdür. Əsas hədəf iqlim davamlılığı sahəsində ən yaxşı təcrübələrin qeydə alınması və stimullaşdırılması üçün iqlim fəaliyyətlərinin sürətləndirilməsidir. Həmçinin su resurslarının davamlılığı sahəsində əməkdaşlıq üzrə ICESCO-nun yeni platformasının təsis edilməsi, müasir təcrübələrin kənd təsərrüfatına inteqrasiyası və davamlı inkişaf üzrə təşkilatın strategiyasının elan edilməsi, İslam dünyasında təhsilin yaşıllaşdırılması üçün ICESCO Çərçivəsinin fəaliyyətə başlaması, eləcə də təşkilatın pavilyonunda Şuşanın 2024-cü ildə İslam dünyasının mədəniyyət paytaxtı elan olunması tədbirləri çərçivəsində hazırlanmış "Şuşa: Azərbaycanın incisi" kitabının ərəb dilində nəşrinin təqdimat mərasiminin keçirilməsi mühüm hadisələrdən oldu.

Konfrans çərçivəsində, Azərbaycan Prezidenti İlham Əliyevlə görüşmək şərəfinə də nail oldum. Görüşdə əlaqələrimizin daha da möhkəmlənəcəyinə əminlik ifadə olundu, əməkdaşlığımızın perspektivləri ilə bağlı fikir mübadiləsi aparıldı.

Təşkilatın nümayəndə heyəti Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti və Kosmik Liderlərin sammiti başda olmaqla, bir sıra yüksək səviyyəli sammitlərdə, görüşlərdə və panel iclaslarında iştirak etdi. Həmçinin təşkilat ixtisas sahələri üzrə nazirlər və yüksək səviyyəli rəsmilərlə ikitərəfli görüşlər keçirdi. Bu görüşlərdə ICESCO və həmin qurumlar arasında iqlim fəaliyyəti sahəsində əməkdaşlıq müzakirə olundu.

ICESCO-nun iştirakı çərçivəsində Azərbaycan Respublikasının bir neçə qurumu ilə, o cümlədən Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın rəhbərlik etdiyi IDEA – Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq İctimai Birliyi, eləcə də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə ikitərəfli sazişlər imzalandı.

Azərbaycan Respublikasına davamlı təşkilata dəstəyinə, ICESCO-nun COP29-da xüsusi pavilyonla iştirakına imkan yaratdığına və bu iştirakı dəstəklədiyinə görə bir daha dərin təşəkkür və minnətdarlığımı bildirirəm.

- Bəs, bu qlobal əhəmiyyətli tədbirin təşkilini necə qiymətləndirirsiniz?

- Azərbaycan dünyanın iqlim və ekoloji dəyişikliklərlə mübarizə sahəsində ən nüfuzlu tədbiri sayılan Tərəflər Konfransına (COP29) ev sahibliyi edərək və təşkilatçılığı uğurla həyata keçirərək, böyük nailiyyətə imza atdı. Konfrans günlərində Azərbaycan yüksək təşkilatçılıq bacarığını, insan kapitalını və müasir texnoloji potensialını bir daha nümayiş etdirdi. Qeyd etmək istərdim ki, COP29-da 4500-dən çox gəncin könüllü kimi iştirak etməsi də beynəlxalq tədbirin yüksək səviyyədə keçirilməsinə öz töhfəsini verdi. Azərbaycanın beynəlxalq aləmdəki nüfuzlu mövqeyi onu son illərdə yüksəksəviyyəli konfranslar və beynəlxalq tədbirlər üçün əsas məkanlardan birinə çevirib.

Bakının bu mötəbər tədbirə uğurla ev sahibliyi etməsi İslam ölkələrinin bilik və təcrübəsinin daha da zənginləşməsinə öz töhfəsini verəcək.

Sonda Azərbaycan Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident, ICESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevaya COP29 konfransının uğurla keçməsi münasibətilə səmimi təbriklərimi çatdırmaq istəyirəm. Bakı dünyanın daha təhlükəsiz, təşkilatlanmış və inkişaf etmiş paytaxtlarından biri kimi iqlim fəaliyyəti sahəsində aparıcı beynəlxalq iştirakçıları bir araya gətirən belə qlobal tədbirə ev sahibliyi etməyə layiq olduğunu bir daha sübut etdi.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:171
embedMənbə:https://azertag.az
archiveBu xəbər 25 Noyabr 2024 16:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see351

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see283

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see262

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see246

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see244

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see231

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see226

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see224

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see223

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see222

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see220

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see219

Dünyada cəmi bir ədəd qalan ağacı qorumaq üçün kəndirlə bağladılar

28 Noyabr 2026 00:39see217

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see213

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see213

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see202

Valideynlərinə 5000 manat ziyan vuran oğul saxlanıldı

28 Noyabr 2026 17:55see197

Sultan IV Mehmetin krala göndərdiyi məktub üzə çıxdı

29 Noyabr 2026 08:01see195

Spotify bu ölkədə bağlanır

28 Noyabr 2026 00:43see187

PAŞİNYAN RUSİYANI ERMƏNİSTAN SƏRHƏDLƏRİNDƏN ÇIXARIR Moskva nə edəcək?

28 Noyabr 2026 17:02see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri