İçib təzyiqi qalxdı, dava saldı, həbs olundu Bakıda kafedə İNSİDENT
Icma.az, Lent az portalına istinadən məlumat verir.
Bakıda kafedə təzyiqi qalxan gənc oğlan insidentə səbəb olub.
Lent.az-ın məlumatına görə, hadisə Nizami rayonu, Qara Qarayev prospektində yerləşən kafedə baş verib.
26 yaşlı Qasım İsmayılov (ad və soyad şərtidir) axşam saatlarında dostu ilə kafedə yeyib-içəndən sonra təzyiqi qalxıb. Bu səbəblə dostu təcili tibbi yardıma zəng edib. Lakin bu zaman Qasım əsəbiləşərək, nalayiq ifadələr işlədib və dostu ilə mübahisə edib. Yaxınlıqda xidmətdə olan polis əməkdaşları yaranmış səs-küylə bağlı obyektə gəliblər. Qasım İsmayılov polisin iradına baxmayaraq, əməllərinə davam edib. Buna görə də o saxlanılaraq, polis şöbəsinə aparılıb və barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsilə protokol tərtib olunub.
Nizami rayon Məhkəməsinin qərarı ilə Q. İsmayılov barəsində 5 günlük inzibati həbs cəzası verilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:43
Bu xəbər 26 Dekabr 2025 12:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















