İçində morq və həbsxana olan kruiz gəmiləri: Hər il 25 nəfər itkin düşür FOTO
Milli.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Kruiz gəmiləri yalnız lüks və əyləncə məkanı deyil, həm də qeyri-adi təhlükəsizlik və idarəetmə sistemləri ilə diqqət çəkir.
Milli.Az xəbər verir ki, məlumata görə, bu tip gəmilərdə yaşlı sərnişinlər və təbii ölüm hallarına hazır olmaq üçün hər gəmiyə 3-6 nəfərlik real morq yerləşdirilir. Gəmi o qədər böyük olur ki, hər il 20-25 nəfər itkin düşür; gecə vaxtı yoxa çıxan şəxslərin tapılması isə çox çətin olur.
İtkin hadisələrdə panikaya yol verməmək üçün ilk 4-8 saat gizli axtarış protokolu tətbiq olunur, kameralar yoxlanılır. Gəmilərdə kiçik, pəncərəsiz "brig" tipli həbsxana var; şübhəli şəxslər növbəti limanda polisə təhvil verilir.
Sərnişinlər arasında gizli təhlükəsizlik işçiləri mövcuddur və hadisə anında müdaxilə edirlər.
Gəminin alt hissəsi labirint kimi böyükdür, sərnişinlər yalnız gəminin təxminən 30%-ni görür.
Karantin protokolları gizli tətbiq olunur; izolasiya edilən şəxslər xəbərsiz saxlanılır.
Ekspertlər xəbərdarlıq edir ki, kruiz gəmilərində gözə görünməyən təhlükəsizlik və idarəetmə tədbirləri sərnişinlər üçün gizli və sirli bir dünyadır.
Fidan
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:67
Bu xəbər 21 Yanvar 2026 23:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















