İclaslara gəlməyən deputatlarla bağlı AÇIQLAMA
Icma.az, Modern.az portalına istinadən məlumatı açıqlayır.
Milli Məclisin İntizam komissiyasının yaz sessiyası ilə bağlı ayrıca iclas keçirməsinə ehtiyac yaranmayıb.
Modern.az-ın sorğusuna cavab olaraq İntizam komissiyasının üzvü Nəsib Məhəməliyev bildirib ki, yaz sessiyası ərzində deputatların sistemli şəkildə parlament iclaslarında iştirak etməməsi halları qeydə alınmayıb.
"Yaz sessiyası ərzində deputatların sistemli şəkildə iclaslara qatılmaması halları baş verməyib. Ona görə də bu məsələ ilə bağlı İntizam komissiyasının iclas keçirməsinə zərurət yoxdur", - deyə o qeyd edib.
Deputatın sözlərinə görə, Milli Məclis üzvləri qanunvericiliyin tələblərinə məsuliyyətlə yanaşır və parlamentin işində fəal iştirak edirlər.
"Deputatlar qanun-qaydalara kifayət qədər məsuliyyətlə yanaşırlar, nizam-intizamlıdırlar. Ezamiyyət, xarici səfərlər və digər üzrlü səbəblər istisna olmaqla, demək olar ki, hamısı mütəmadi olaraq bütün iclaslarda iştirak edirlər", – deyə Nəsib Məhəməliyev vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:110
Bu xəbər 30 İyun 2026 09:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















