Icma.az
close
up
RU
İcma sədri: Beynəlxalq təşkilatlar haqq işimizi müdafiə edir

İcma sədri: Beynəlxalq təşkilatlar haqq işimizi müdafiə edir

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakı, 23 iyun, AZƏRTAC

Son zamanlar beynəlxalq təşkilatlar Ermənistandan fərqli olaraq haqq işimizi müdafiə etməkdədir. İslam Əməkdaşlıq Təşkilatının (İƏT) 2024-cü il mayın 4-5-də Qambiyanın Bancul şəhərində keçirilmiş zirvə görüşündə təşkilatın üzvü olan 57 dövlət Ermənistandan zorla qovulmuş azərbaycanlıların taleyindən narahatlığını bildirib və onların öz doğma yurdlarına sülh yolu ilə, təhlükəsiz və ləyaqətli şəkildə qayıdışına dəstək ifadə edib. Bundan əlavə, 2025-ci il fevralın 18-20-də Asiya Parlament Assambleyası, aprelin 7-də Qoşulmama Hərəkatı Parlament Şəbəkəsi rəsmi sənədlərində Qərbi Azərbaycan qaçqınlarının geriyə qayıdış hüququna öz dəstəyini bildirib.

AZƏRTAC xəbər verir ki, bu barədə Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli Ümumdünya Qaçqınlar Gününə həsr olunmuş beynəlxalq tədbirdə söyləyib.

Bu il aprelin 11-13-də Türkiyənin Antalya şəhərində keçirilən Beynəlxalq Foruma Qərbi Azərbaycan İcması nümayəndələrinin dəvət olunmasını və İcma sədrinin Forumda Qərbi Azərbaycan qaçqınlarının geriyə qayıdış hüququ ilə bağlı məruzə etməsini xüsusi vurğulayan Ə.Ələkbərli əlavə edib: “Yenə də bu ilin aprelində ICESCO rəhbərliyinin İcmaya gəlişi və bu mötəbər beynəlxalq təşkilatın Qərbi Azərbaycan İcması ilə əməkdaşlıqda maraqlı olması, Qərbi Azərbaycan qaçqınlarının qayıdış hüququnu dəstəkləməsi təqdirəlayiqdir”.

Daha bir fakta diqqət çəkən İcma sədri deyib: “Bu günlərdə - iyunun 12-də Qazaxıstanın Astana şəhərində keçirilən Türk Dövlətləri Parlament Assambleyasının 14-cü plenar iclasında qəbul edilən Bəyannamənin 10-cu maddəsi Qərbi Azərbaycan qaçqınlarının qayıdış hüququna həsr edilib və bu hüquq birmənalı şəkildə dəstəklənib. Yeri gəlmişkən, Qərbi Azərbaycana qayıdış məsələsinə beynəlxalq dəstəyin əldə edilməsi istiqamətində növbəti böyük uğur əldə olunub. Belə ki, İslam Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının iyunun 21-22-də İstanbul şəhərində keçirilmiş 51-ci sessiyasının yekun bəyannaməsinə Qərbi Azərbaycan məsələsi barədə bənd daxil edilib və sessiyada bu məsələ ilə bağlı ayrıca qətnamə qəbul olunub”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:76
embedMənbə:https://azertag.az
archiveBu xəbər 23 İyun 2025 12:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələ bu gün Qarabağ ı sınağa çəkəcək

21 Dekabr 2025 08:54see251

Ermənistan, Serbiya və Mərkəzi Asiya bankaları Rusiyaya dair nəzarəti sərtləşdirir

21 Dekabr 2025 11:08see190

Natavan istəmir övladı onun çəkdiyini çəksin

21 Dekabr 2025 07:17see160

Hökumətlərarası Komissiyası Bakıda toplanacaq KONKRET

21 Dekabr 2025 14:11see159

“Express Bank”dan tələ: “kredit xətti müqaviləsi” nə deməkdir?

21 Dekabr 2025 12:35see153

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see144

Köhnə ilin son 10 günü: Bizi nə gözləyir? PROQNOZ

21 Dekabr 2025 13:16see143

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see142

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see137

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see135

Banklarda zaminlərə TƏLƏ

21 Dekabr 2025 12:06see134

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see132

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see131

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see130

Leonardo Di Kapriodan Titanik filmi ilə bağlı ETİRAF

21 Dekabr 2025 08:44see129

“Kəpəz” klubundan qəfil qərar

21 Dekabr 2025 15:29see129

Beyləqanda DƏHŞƏT: 68 yaşlı qadını boğaraq öldürdü

21 Dekabr 2025 18:22see129

“Araz Naxçıvan” “Şamaxı”nı qəbul edir YENİLƏNİR

21 Dekabr 2025 12:07see128

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see127

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri