İçməli suda gizli təhlükə: Antibiotiklərə davamlı bakteriyalar yayılır
Icma.az xəbər verir, Oxu.az saytına əsaslanaraq.
Böyük Britaniyada ən böyük içməli su hövzəsi olan Lox-Ney gölündə antibiotiklərə davamlı bakteriyaların formalaşmasına səbəb ola bilən genlər aşkarlanıb.
Oxu.Az xəbər verir ki, bu barədə aparılan tədqiqatın nəticələrinə əsasən "The Guardian" nəşri məlumat yayıb.
Məlumata görə, sözügedən su hövzəsi Şimali İrlandiya əhalisinin təxminən 40 faizinin içməli su mənbəyidir. Tədqiqatlar adi penisilinlərdən tutmuş ən ağır infeksiyaların müalicəsində tətbiq olunan karbapenemlərə qədər bir sıra antibiotiklərə qarşı davamlılıq genlərinin mövcudluğunu göstərib.
Alimlər xəbərdarlıq edirlər ki, bu cür preparatlar tibbdə "son müdafiə xətti" hesab olunur.
Su nümunələrində insan və heyvan nəcisinin izləri də aşkar edilib.
Mütəxəssislər hesab edirlər ki, çirkab suları və heyvan tullantıları patogenlərin, antibiotik qalıqlarının və davamlı mikroorqanizmlərin su hövzələrinə daxil olmasına səbəb olur. Bu isə antibiotiklərə davamlı bakteriyaların yayılması üçün əlverişli şərait yaradır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:194
Bu xəbər 15 Mart 2026 03:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















