İçməli suyun 10 gündür yola axması ilə bağlı Rəsmi açıqlama Video
Icma.az, Qafqazinfo saytına istinadən bildirir.
“Bakının Binəqədi rayonu, Xırdalan dairəsinin yaxınlığı, Səfəvilər küçəsində 10 gündən çoxdur su borusu partlayıb, içməli su boşuna axıb gedir”.
Bu şikayətlə “Qafqazinfo”ya həmin ərazidə yaşayan sakinlər müraciət edib.
Onların sözlərinə görə, küçəni su basmasın deyə yeri qazaraq axan suyu kanalizasiya xəttinə yönəldiblər: “Bir neçə ailənin içməli suyu günlərdir boş yerə axır. Evlərdə su yoxdur, artıq su daşımağa da çətinlik çəkirik. Dövlət xərc çəkib, əziyyətlə o suyu Bakıya gətirib çıxarıb, amma kiminsə səhlənkarlığı səbəbindən havayı axıb gedir. Dəfələrlə qaynar xəttə müraciət etsək də, neçə dəfə Binəqədi Rayon Sukanal İdarəsinə getsək də, problem həllini tapmır”.
Şikayətlə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinə müraciət etdik. Qurumdan sorğumuza cavab olaraq bildirildi ki, hazırda problemin həlli istiqamətində iş görülür: “Qəzanı aradan qaldırmaq üçün qeyd olunan əraziyə Sukanal İdarəsinin əməkdaşları yönləndirilib. Yaxın 1-2 saat ərzində problem həll olunacaq”.
Gülnar Əliyeva
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:44
Bu xəbər 21 Yanvar 2026 17:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















