Icma.az
close
up
RU
İcra başçı sabiq deputatdan polisə şikayət verib

İcra başçı sabiq deputatdan polisə şikayət verib

Reyting.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Sabunçunun icra başçı Adil Vəliyev məndən Bakı Şəhər Baş Polis İdarəsinə şikayət verib. Gəlib sökülən obyektdə işləyən işçiləri aparıblar, dindiriblər, buraxıblar”.

Reyting.az xəbər verir ki, bu sözləri Musavat.com-a keçmiş deputat Hacı Qalib Salahzadə deyib. Onun sözlərinə görə Bilgəh qəsəbəsində yerləşən obyektin sökülməsindən sonra ona məktub da göndərilib:

“Həmin obyekt 20 ildir ki, fəaliyyətdədir. Qaz, işıq, su üçün ödənişlər edilir. Tutaq ki, heç bunlar da yoxdur, mən də heç nə danışmıram. Həqiqəti bilmək istəyən sputkindən baxar, müəyyən edər. Mənim obyektimi fevralın 2-də söküblər, ayın 9-da isə məktub yazır ki, bəs obyekt qeyri-qanuni tikilib”.

Hacı Qalib deyir ki, bir tərəfdən ölkədə sahibkarlığın inkişaf etdirilməsi üçün cənab Prezident gecə-gündüz çalışır, digər tərəfdən isə sahibkarlığa qarşı bu şəkildə əngəllər yaradılır:

“Sökdükləri obyektimin istismar aktı belə var. 20 il əvvəl tikilərkən rəhmətlik anamın adına idi. Sonradan başqa adamın adına keçirdim. Orada neçə insan işləyir, evinə çörək aparır. Söküb dağıtmaqla heç nəyə nail olmaq olmaz. Qurub yaratmışıq, insanlara iş yeri açmışıq, illərdir işləyiblər, indi də gəlib deyirlər ki, qanunsuzdur və sökürlər, qaçırlar”.

Hacı Qalib Salahzadə Musavat.com-a əvvəlki açıqlamasında demişdi ki, əraziyə 30-a yaxın şəxs gəlib, obyektin bir hissəsini sökərək ərazini tərk edib. Onun sözlərinə əsasən, Bilgəhdə ona məxsus tikililərin ümumi sahəsi 1200 kvadratmetrdən artıqdır və ona digər obyektləri özü sökməsi ilə bağlı da xəbərdarlıq edilib. Hacı Qalib Salahzadə isə buna razı olmadığını deyir.

Bu, Hacı Qalib Salahzadənin Bilgəhdəki obyektləri ilə bağlı ilk insident deyil.

Xatırladaq ki, 2024-cü ilin may ayında da Sabunçu Rayon İcra Hakimiyyətinin nümayəndələri Bilgəh qəsəbəsində, Xəzər sahilində yerləşən və Salahzadəyə məxsus olduğu deyilən bağ torpaq sahəsindəki tikililəri sökmüş, ərazinin giriş qapısını daşla hörmüşdülər. Həmin vaxt Salahzadə bildirmişdi ki, vaxtilə 500 min manata aldığı bağ sahəsini əhatələyən hasar dağıdılıb. Keçmiş deputatın sözlərinə görə, söküntüdən öncə icra başçısı Adil Vəliyev şəxsən əraziyə gələrək tikililərin dərhal söküləcəyini bildirib. Salahzadə iddia edir ki, icra başçısı Prezident Administrasiyasında çalışan yüksək rütbəli məmurların adlarını çəkərək söküntünün onların göstərişi ilə aparıldığını deyib, eyni zamanda ona qarşı hədələyici ifadələr səsləndirib. O, bu davranışların özünü provokasiyaya çəkmək məqsədi daşıdığını iddia edir.

Hacı Qalib Salahzadə bildirir ki, sökülən bağ sahəsində üç yaşayış evi olub və onun əlində həmin torpağa dair bələdiyyə sənədləri mövcuddur. Onun sözlərinə görə, bu torpaq sahəsini vaxtilə nardaranlı Ağaismayıl və Fərhad adlı şəxslərdən 500 min manata alıb və həmin şəxslər hazırda sağdır.

O zaman Musavat.com məsələ ilə bağlı Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyevin də mövqeyini öyrənmişdi.

İcra başçısı demişdi ki, söküntü zəbt edilmiş dövlət torpağının qanunsuz tikililərdən təmizlənməsi məqsədilə aparılıb. Adil Vəliyevin sözlərinə görə, sözügedən ərazi çimərlik zonasıdır və heç vaxt bələdiyyə torpağı olmayıb. O iddia edib ki, Hacı Qalib Salahzadə Bilgəhdə onlarla hektar ərazini müxtəlif üsullarla zəbt edib və bu torpaqlarla bağlı məhkəmə çəkişmələri davam edir. İcra başçısı həmçinin bildirmişdi ki, Hacı Qalib Salahzadə bələdiyyə sənədlərindən sui-istifadə edib və həmin sənədləri öz adına rəsmiləşdirib. Onun sözlərinə görə, ərazi dövlət torpağıdır və Dövlət Proqramına əsasən abadlaşdırılması nəzərdə tutulur.

Adil Vəliyev vurğulamışdı ki, söküntü ilə bağlı Prezident Administrasiyasından heç bir göstəriş almayıb və bu addımı öz təşəbbüsü ilə atıb. Əlavə etmişdi ki, əgər Hacı Qalib Salahzadənin sözügedən torpaq sahəsinə dair dövlət qeydiyyatından keçmiş çıxarışı olsaydı, icra hakimiyyəti onun mülkiyyətinə toxunmazdı. O, həmçinin bildirib ki, sahilyanı zolaq “Amburan”dan Nardarana qədər xalqın istifadəsində olan çimərlik ərazisidir və bu ərazilərin zəbt edilməsinə yol verilməyəcək. İcra başçısının iddiasına görə, Hacı Qalib Salahzadə onlarla vətəndaşa hüquqi əsası olmayan bələdiyyə sənədləri verib və bu da İcra Hakimiyyətini vətəndaşlarla üz-üzə qoyur. Onun sözlərinə görə, “Şəbəkə” adlı çimərlik də daxil olmaqla 2 hektar 80 sot ərazi məhz bu cür sənədlərlə mənimsənilib.

Adil Vəliyev bildirib ki, əgər qarşı tərəf rəsmi çıxarış təqdim edə bilsə, o zaman söküntünün dayandırılması və hətta üzr istənilməsi də mümkün ola bilər.

E.MƏMMƏDƏLİYEV,
Musavat.com


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:161
embedMənbə:https://reyting.az
archiveBu xəbər 18 Fevral 2026 17:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see399

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see383

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see313

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see308

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see233

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see217

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see215

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see213

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see206

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see203

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see193

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see190

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see188

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see182

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see181

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see180

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see178

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see174

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see165

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri