Icma.az
close
up
RU
İcra başçıları dəyişir, idarəetmə yox AÇIQLAMA

İcra başçıları dəyişir, idarəetmə yox AÇIQLAMA

Sherg.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Elə icra başçıları var ki, əhali ilə təmasdan qaçır, qapısına polis qoydurur, heç kimi içəri buraxmır

 

Edilən xəbərdarlıqlar hələ istənilən effekti vermir

 Prezident İlham Əliyev bir sıra kadr dəyişiklikləri ilə bağlı sərəncamlar imzalayıb. Yeni qərarlara əsasən, bir neçə rayonun icra başçısı vəzifəsindən azad olunub, onların yerinə yeni təyinatlar həyata keçirilib. Dövlət başçısı həmçinin Naxçıvanda Prezidentin yeni səlahiyyətli nümayəndəsini və təyin olunan icra başçılarını qəbul edib. Görüş zamanı dövlət başçısı yerli idarəetmədə məsuliyyət, şəffaflıq və dürüstlük prinsiplərini bir daha xatırladıb: "Sizdən tələbim, eyni zamanda, xoşagəlməz hallara qarşı ciddi mübarizə aparmaq, kadr siyasətində etibarlı, peşəkar və mənəvi cəhətdən təmiz kadrları seçmək, rəhbərlik edəcəyiniz bölgələrdə öz işinizlə mənim seçimimin düzgün olduğunu sübut etməkdir. Əks təqdirdə, əlbəttə ki, lazımi ölçülər götürüləcək". Prezident çıxışında icra başçılarının əsas vəzifəsinin xalqa xidmət etmək olduğunu vurğulayıb. Ölkə rəhbəri korrupsiya və rüşvətxorluğa qarşı mübarizənin davamlı xarakter daşıdığını, qanunsuzluğa yol verən heç bir məmurun məsuliyyətdən yayınmayacağını xatırladıb: "Azərbaycan ictimaiyyəti yaxşı bilir ki, əyri yola gedən hər bir dövlət məmuru nəticədə məhkəmə, qanun qarşısında cavab verməli olur. Heç bir qanunsuz hərəkət nəticəsiz qalmayacaq". Ekspertlərin sözlərinə görə, son təyinatlarla ölkə rəhbərliyi yerli icra orqanlarında idarəetmə keyfiyyətini yüksəltməyi, bölgələrdə dövlət siyasətinin səmərəli icrasını və korrupsiyaya qarşı mübarizənin yeni mərhələyə keçməsini hədəfləyir.

Vətəndaş Həmrəyliyi Partiyasının Siyasi Şurasının üzvü Fikrət Nəsrəddinzadə Sherg.az-a açıqlamasında deyib ki, icra başçılarının vəzifələrindən azad edilməsi, yerlərinin dəyişdirilməsi, töhmət alması, hətta həbs olunması belə mövcud vəziyyəti dəyişmir. Ekspertin fikrincə, bu struktur hələ də əhalinin ən çox narazı qaldığı orqanlardan biri olaraq qalır:

"Düşünmürəm ki, bir kadrı digəri ilə, yaxud yaşlı kadrları gənclərlə əvəzləmək problemləri həll edəcək. Təcrübəli, bacarıqlı, peşəkar kadr yaş baxımından həm gənc, həm də yaşlı ola bilər. Əsas məsələ yaş deyil, düşüncə və bacarıqdır. Əgər bir insanın ağlı, savadı, vicdanı yerindədirsə, işi bilirsə və ədalətlidirsə, onun yaşı fərq etmir, o, hər yaşda lazımlı kadrdır. Məncə, icra başçıları yalnız idarəetmə bacarığına deyil, həm də iqtisadi biliklərə malik olmalıdırlar. Onlar təyin olunduqları rayonun xüsusiyyətlərini, insanlarını tanımalı və ən əsası, psixologiyanı yaxşı anlamalıdırlar. Təəssüf ki, elə icra başçıları var ki, əhali ilə təmasdan qaçır, qəbul olmayan günlərdə icra hakimiyyəti binasının qapısına polis qoydurur, heç kimi içəri buraxmır. Əgər dövlət başçısı bu mövzuda açıq şəkildə xəbərdarlıq edirsə, deməli, bu, real problemdir və müəyyən siqnallar ona çatıb. Prezidentin xəbərdarlığından sonra icra başçıları işlərini lazımi səviyyəyə qaldırsaydılar, bu cür halların şahidi olmazdıq. Görünən odur ki, edilən xəbərdarlıqlar hələ istənilən effekti vermir".

Partiya təmsilçisi istənilən halda Prezidentin icra başçılarına etdiyi xəbərdarlığı müsbət hal kimi qiymətləndirir:

"Birinci şəxsdən belə ciddi xəbərdarlığın gəlməsi vacib məsələdir. Lakin təəssüf ki, bunun məmurların fəaliyyətinə ciddi təsir göstərəcəyinə inanmıram. Xatırlayırsınızsa, bir neçə il əvvəl dövlət başçısı İsmayıllı rayonunun icra başçısını təyin edərkən də oxşar tövsiyələr vermişdi və cəmi iki ay sonra həmin icra başçısına şiddətli töhmət verilmişdi. Bu da onu göstərir ki, xəbərdarlıqdan ciddi nəticə çıxarmayanlar hələ də var".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:288
embedMənbə:https://sherg.az
archiveBu xəbər 13 Noyabr 2025 09:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see275

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see259

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see214

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see205

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see197

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see192

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see192

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see191

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see188

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see182

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see181

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see175

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see174

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see174

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see174

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see173

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see172

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see170

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see169

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri