Icma.az
close
up
RU
İcra başçıları müavin axtarır SİYAHI

İcra başçıları müavin axtarır SİYAHI

Redaktor.az saytına istinadən Icma.az xəbər verir.

İcra başçısının birbaşa səlahiyyətlərini paylaşan, yerli idarəetmənin gündəlik nizamını qoruyan və fövqəladə hallarda operativ qərar verən əsas fiqur məhz başçıların birinci müavindir. Bu vəzifənin təyin olunmaması müvafiq rayonun sosial-iqtisadi proseslərinin koordinasiyasından tutmuş icra hakimiyyəti aparatının daxili intizamına qədər bütün sahələrdə ləngimə, qeyri-müəyyənlik və idarəetmə boşluğu yarada bilər.

 Redaktor.az  xəbər verir ki, modern.az birinci müavini olmayan və bütün öhdəliklərini tək icra edən icra başçılarını dəqiqləşdirib.

Azərbaycanda 10 şəhər icra hakimiyyətinin 4-də icra başçısının müavini yoxdur. Burada diqqəti çəkən əsas məqam isə paytaxtın üzərinə düşür. Belə ki, 2 milyondan çox əhalisi olan Bakıda bütün məsuliyyəti Eldar Əzizov “tək daşıyır”.

Bundan başqa, Şəki şəhərinin icra başçısı Elxan Usubov, Mingəçevir şəhərinin icra başçısı İlham İsmayılov və Şirvan şəhərinin icra başçısı İlqar Abbasovun da birinci müavini yoxdur. 

Bakıdakı 12 rayondan 3-də icra başçısının birinci müavini vəzifəsi boşdur. 

Belə ki, Bakı şəhər Nərimanov rayonunun icra başçısı Elgin Həbibullayev, Sabunçu rayonunun icra başçısı Adil Vəliyev və Xətai rayonunu icra başçısı Rafiq Quliyev birinci müavinləri olmadan işləyirlər.

Rayon icra hakimiyyətlərinə gəldikdə isə 64 rayondan 21-də başçının birinci müavini vəzifəsi təyinat gözləyir. 

Vəzifəsini birinci müavinsiz yerinə yetirən rayon icra başçıları aşağıdakılardır:

Ağdam rayonunun icra başçısı Vaqif Həsənov

Bərdə rayonunun icra başçısı Vidadi İsayev

Cəbrayıl rayonunun icra başçısı Kamal Həsənov

Daşkəsən rayonunun icra başçısı Orxan Abbasov

Göyçay rayonunun icra başçısı Orxan Mürsəlov

Göygöl rayonunun icra başçısı Vüqar Novruzov 

Xaçmaz rayonunun icra başçısı Anar Oruclu

Xızı rayonunun icra başçısı Xəzər Aslanov 

Xocalı rayonunun icra başçısı Şahmar Usubov

 Xocavənd rayonunun icra başçısı Eyvaz Hüseynov

Kəngərli rayonunun icra başçısı Kamal Ələkbərov

Kürdəmir rayonunun icra başçısı Elşən Həsənli

Qəbələ rayonunun icra başçısı Səbuhi Abdullayev

Qubadlı rayonunun icra başçısı Malik İsaqov

Lerik rayonunun icra başçısı Əkbər Abbasov

Oğuz rayonunun icra başçısı Cavid Əbdul-Qədirov

Saatlı rayonunun icra başçısı Elmir Bağırov

Salyan rayonunun icra başçısı Rüstəm Xəlilov

Sədərək rayonunun icra başçısı Naim Cahidzadə 

Siyəzən rayonunun icra başçısı Novruz Novruzov

Zəngilan rayonunun icra başçısı Ramiz Həsənov

 Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsini birinci müavin vəzifəsini Natiq Nağıyev yerinə yetirir.

Qeyd edək ki, yerli icra hakimiyyəti başçısının müavinini (müavinlərini) Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri ilə müvafiq yerli icra hakimiyyətinin başçısı vəzifəyə təyin və vəzifədən azad edir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:160
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 29 Noyabr 2025 14:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

16 Oktyabr 2026 00:21see425

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see319

Parisdə turizm təqdimatı

16 Oktyabr 2026 00:22see237

Qubanın iki kəndinin adı dəyişdirildi QƏRAR

15 Oktyabr 2026 19:19see233

Demokratik dövlətin dünyəvi məktəbi, millətin isə yeganə ortaq məkanı!

15 Oktyabr 2026 20:10see228

Maştağa xəstəxanasında iynələri pasiyentlərin özlərinə aldırırlar?

15 Oktyabr 2026 19:50see227

Amerikalı aktrisa Hilari Suonk 52 yaşında 3 cü dəfə ana olacaq

16 Oktyabr 2026 00:14see224

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see217

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see212

Fuad Abdullayev: Bakı məhkəməsinin Nürnberq Tribunalı ilə müqayisəsi mühüm hüquqi və siyasi mesajdır

15 Oktyabr 2026 21:02see206

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see197

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see193

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see189

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see188

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see188

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see187

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see184

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see181

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see174

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see158
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri