Icma.az
close
up
RU
İcra başçıları yolları əl arabaları üçün qırlayır FOTOLAR

İcra başçıları yolları əl arabaları üçün qırlayır FOTOLAR

Icma.az, Avtosfer portalına istinadən məlumat verir.

Dövlət satınalmalarının vahid elektron portalında satınalma müsabiqələri barədə yerləşdirilən məlumatlardan görünür ki, yerli icra hakimiyyətləri keçirdiyi tenderlər əsasən yol təmiri ilə bağlı olur.  Adətən bu tenderlərdə satınalma predmetlərinin maliyyə dəyəri iri məbləğlərlə ölçülür. Lakin reallıq ayrılan vəsaitlərlə uyğunsuzluq təşkil edir. Yəni, bölgələrdən gələn məlumatların təhlili yol təmirlərində məbləğlərin şişirdiliyinə şübhələri artırır.  Yaxud, təmir işləri keyfiyyətli aparılmır.

Sosial şəbəkədə söyüş söyüb soyunanlar cəzalanacaq - Prezident qanunu təsdiqlədi

Bu da ayrılan vəsaitlərin taleyi barədə müəyyən suallar yaradır. Məsələn, götürək Beyləqan Rayon İcra Hakimiyyətini. İcra başıçı Əziz Əzizovun Beyləqan şəhər Nümayəndəliyi ötən ilin dekbarında iki satınalma müsabiqəsinə yekun vurub. Müsabiqələrin birində Beyləqan şəhər küçələrinin abadlaşdırılması, digərində isə yolların təmiri nəzərdə tutulur. Hər iki tender üzrə satınalma müqavilələrinin ümumi maliyyə dəyəri 617 163,82 manatdır. Beləliklə, aydın olur ki, Beyləqanda küçələrin (əslində bu da yol təmiridir) və yolların təmirinə 617 163 min manat xərclənib. Layihəni icra edən şirkətlər isə "Baku Building” MMC və "Proqress İnşaat EN” MMC-dir. 

Avtosfer.az "Qaynarinfoy"a istinadən xəbər verir ki, hər iki şirkət satınalma müsabiqələrində fəal iştirak edir. Bəzən mediada bu şirkətlər "tender kralı” kimi təqdim olunur və onların satınalma müsabiqələrində şəffaf şəkildə qalib seçilmələri şübhə altına alınır. Beyləqandan daxil olan məlumatlarda hazırda rayonda yolların təmir olunduğu bildirilir. Lakin təmir işlərinin keyfiyyətli şəkildə görüldüyündən əminliklə danışmaq çətindir. 

Xətt yoxdur, cərimə var? - RƏSMİ CAVAB - VİDEO

Bu, təmir işlərini əks etdirən fotolardan da görünür. Təsəvvür edin, hətta ağacların dibləri belə asflatlanıb.

Görəsən, icra hakimiyyəti bundan sonra həmin ağacların necə suvarılacağını düşünübmü? 

Oxşar hal Qobustanda da müşahidə edilir. Fotolar rayonda yolların təmirinin kosmetik xarakter daşıdığını deməyə əsas verir. Görüntülərdə yolların sadəcə hamarlanmış torpağn üzərinə asfalt çəkildiyi əks olunur. Bu isə çəkilən yolun keyfiyyəti barədə suallar yaradır. Yeni çəkilən yoldan adicə arabanın belə, rahatlıqla keçməsi mümkün görünmür. 

Hər iki rayonda aparılan yol təmiri ilə bağlı fotoları təqdim edirik:

Qobustan rayonu

Qobustan rayonu

Beyləqan

Beyləqan

Beyləqan rayonu

Oxunub 36

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:118
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 15 Yanvar 2026 23:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see313

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see313

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see312

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see306

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see289

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see287

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see273

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see269

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see264

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see262

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see259

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see257

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see256

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see252

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see250

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see240

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see236

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see229

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see209

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri