Icma.az
close
up
RU
İcra başçılarına töhmət və xəbərdarlıq edildi Müşavirə

İcra başçılarına töhmət və xəbərdarlıq edildi Müşavirə

Azpolitika.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Paytaxt rayonlarının icra başçıları məsuliyyətə çağrıldı

Bakı Şəhər İcra Hakimiyyətində paytaxtın rayon icra hakimiyyətlərinin başçıları və şəhər kommunal xidmətlərinin rəhbərlərinin iştirakı ilə növbəti müşavirə keçirilib.

BŞİH-dən verilən xəbərə görə, Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən verilən məlumata görə, müşavirədə şəhərin sanitar təmizliyinin və onun yaz-yay mövsümünə hazırlığının vəziyyəti, əsaslı təmir, abadlıq və yaşıllaşdırma işləri və o cümlədən qanunsuz tikintilərlə bağlı məsələlər müzakirə olunub.

İclasda çıxış edən Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov bildirib ki, rayon icra hakimiyyəti başçıları rayonlarda olan nöqsanları operativ şəkildə aşkar edib aradan qaldırmalı, məsuliyyət və təşəbbüskarlığın bu gün zamanın tələbi olduğunu yadda saxlamalıdırlar. 

Eldar Əzizov Suraxanı, Qaradağ və Xəzər rayonlarında sanitar təmizlik məsələlərinin vəziyyətini kəskin tənqid edərək, bu rayonların bəzi qəsəbələrinin ümumşəhər standartlarından geri qaldığını qeyd edib.

Yol verilən nöqsanlara görə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısına töhmət, Xəzər Rayon İcra Hakimiyyətinin başçısına isə şifahi xəbərdarlıq elan edilib. Şəhər rəhbəri rayon başçılarından yerlərdə vəziyyəti yaxşılaşdırmaq üçün təcili tədbirlərin görülməsini tələb edib.

Töhmət alan Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev çıxış edərək bütün çatışmazlıqların bir ay ərzində aradan qaldırılacağına söz verib. Toplantıda paytaxt rayonlarinda təmizlik, abadlıq və yaşıllaşdırma ilə bağlı məsələlər müzakirə olunub. Əldə edilən nəticələr qənaətbəxş hesab edilib, Novruz bayramına hazırlıq və işlərin daha da təkmilləşdirilməsi üçün tapşırıqlar verilib. Toplantıda rayonlarda qanunsuz tikintilərin monitorinqinin nəticələrinə dair görüntülər təqdim edilib. 

Bu mövzu ciddi müzakirə edilərək aşkar edilmiş qanun pozuntuları əyani surətdə nümayiş etdirilib. Qeyd edilib ki, bu kimi hallar əsasən paytaxtın Sabunçu, Qaradağ, Xəzər və digər rayonlarında aşkarlanıb. Bu kimi neqativ hallarla mübarizə aparmaq üçün müvafiq tapşırıqlar verilib. Bildirilib ki, müşavirədə verilən tapşırıqların icrasına nəzarəti icra hakimiyyətinin monitorinq qrupu həyata keçirəcəkdir. Yaz-yay mövsümünə hazırlıq məqsədilə qərargahın yaradılması və nəticələrin iki ay ərzində əlavə müzakirəyə təqdim edilməsi qərara alınıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:132
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 17 Fevral 2026 10:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see370

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see318

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see313

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see285

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see284

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see267

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see265

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see262

Demet Akalın jurnalistlərin qarşısında pərt oldu VİDEO

24 Noyabr 2026 19:21see257

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see247

“PayPal” Azərbaycanda tam işləyəcək

24 Noyabr 2026 16:33see247

Zəngəzur dəhlizi İpək Yolunun yeni iqtisadi arteriyasına çevrilə bilər

24 Noyabr 2026 17:41see245

800 kişi ilə münasibətdən sonra süni intelektə aşiq oldu

24 Noyabr 2026 23:20see236

Yatmazdan əvvəl su içmək istəyi hansı xəstəliklərdən xəbər verir? Həkim AÇIQLADI

24 Noyabr 2026 16:27see231

Şahmat tacı uğrunda mübarizə başladı: Sindarov heç heçəyə tələsdi, Qukeş iki dəqiqə qazandı

24 Noyabr 2026 23:57see228

Kəlbəcər bir güllə atılmadan azad edildi ŞƏRH

24 Noyabr 2026 19:11see224

Səhiyyə nazirinə yeni müşavir TƏYİN EDİLDİ

24 Noyabr 2026 20:11see222

İş görməyə həvəsin, gücün yoxdur? Bu iki hormonu yoxladın

24 Noyabr 2026 19:02see218

Sabahdan hava dəhşət soyuyacaq

24 Noyabr 2026 17:39see194

Rusiyanın avtobus nəhəngi iflas həddindədir...

24 Noyabr 2026 20:51see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri