Icma.az
close
up
RU
İcra başçısı Adil Əliyev növbəti dəfə gənclərlə görüşüb FOTOLAR

İcra başçısı Adil Əliyev növbəti dəfə gənclərlə görüşüb FOTOLAR

Unikal.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azərbaycanda 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunması ilə əlaqədar Suraxanı Rayon İcra Hakimiyyətinin "Milli Dövlətçilik və Konstitusiya: Məktəblilərlə Strateji Dialoq" adlı layihəsi çərçivəsində Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev növbəti dəfə rayonun Yeni Suraxanı qəsəbəsi üzrə ümumtəhsil müəssisələrinin yuxarı sinif şagirdləri ilə görüş keçirib.

"Unikal" xəbər verir ki, görüşdə RİHB-nin müavinləri, 85, 89, 101, 316 saylı tam orta məktəblərin direktorları, müəllim heyəti və 10-11-ci sinif şagirdləri iştirak ediblər.

Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda həlak olan şəhidlərimizin əziz xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi və dövlət himninin səsləndirilməsi ilə başlanan görüşdə “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş videoçarx nümayiş olunub.

Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev çıxış edərək qarşıdan gələn bayramlar münasibətilə tədbir iştirakçılarını təbrik edib, ən xoş arzularını çatdırıb. 

O, bildirib ki, tarixin müxtəlif mərhələlərində kənar müdaxilələrə, məhrumiyyətlərə baxmayaraq, xalqımız milli kimliyini, mübarizə ruhunu qoruyub saxlayıb, XX əsrin sonlarında dövlət müstəqilliyini bərpa edib, 1995-ci il noyabrın 12-də müstəqil Azərbaycan Respublikasının əsas qanunu – ilk Konstitusiya qəbul olunub. 

Həmçinin, Rayon İcra Hakimiyyətinin başçısı müstəqil Azərbaycanın memarı və qurucusu Ulu Öndər Heydər Əliyevin dahi siyasəti, müasir müstəqil Azərbaycan dövlətinin qurulması, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə qazanılmış tarixi Qələbə, eləcə də onun müdrik və uzaqgörən siyasəti nəticəsində ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa olunması ilə bağlı ətraflı məlumat verib. 

Görüş zamanı cəmiyyətin aparıcı qüvvəsi, bu günün və sabahın qurucuları olan gənclərin hərtərəfli inkişafı, biliklərinin artırılması, milli-mənəvi dəyərlərə bağlı vətənpərvər gənc kimi formalaşdırılmasının dövlətin gənclər siyasətinin başlıca məqsəd və amalı olduğunu diqqətə çatdıran Adil Əliyev onların faydalı vətəndaş kimi yetişməsi üçün öz dəyərli tövsiyələrini verib və gənclərin müxtəlif məsələlərlə bağlı suallarını ətraflı cavablandırıb.

Sonda bütün şagirdlərə hədiyyələr təqdim olunub və xatirə şəkilləri çəkilib.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:124
embedMənbə:https://unikal.az
archiveBu xəbər 04 Mart 2025 14:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakı Sumqayıt yolu ilə bağlı PROBLEM Dayanacaq olsun

09 Dekabr 2025 16:57see255

Leyla Əliyeva beynəlxalq konfransda çıxış etdi FOTOLAR

08 Dekabr 2025 22:16see209

Azərbaycan xarici ölkələrə yumurtanı neçəyə satır?

09 Dekabr 2025 22:08see197

Zəngəzur dəhlizinin inşasına başlanacağı tarix AÇIQLANDI

10 Dekabr 2025 16:30see189

Odessa planı fiaskoya uğradı KONKRET

10 Dekabr 2025 17:19see185

Güclü siklon Kamçatkanı vurdu

09 Dekabr 2025 03:48see182

bp nin insan hüquqlarına maarifləndirici dəstəyi

09 Dekabr 2025 11:05see165

Rəqsanə efirdə AĞLADI VİDEO

08 Dekabr 2025 22:01see155

DTX də başlanılan cinayət işi Aslan Həsənova HÖKM OXUNDU

09 Dekabr 2025 09:17see150

Tramp: ABŞ Ukraynada nizamlanma üzərində işləməyə davam edir

09 Dekabr 2025 02:25see144

Araz Naxçıvan ın Kəpəz üzərindəki qələbəsi VİDEO

09 Dekabr 2025 20:20see138

KİV: Toni Bleyer Trampın Qəzza planından kənarlaşdırılıb

09 Dekabr 2025 03:17see135

ABŞ Zelenskinin sülh müqaviləsi üçün daha sərt şərtlər irəli sürüb

09 Dekabr 2025 16:12see134

Bakıda qəza münaqişəyə çevrildi

10 Dekabr 2025 09:38see133

Albaniyada faciəvi şəkildə həlak olan dənizçi Biləsuvar sakini imiş FOTO

09 Dekabr 2025 23:54see129

ÇL: Qarabağ ın rəqibi yenə məğlub oldu, Qalatasaray Fransadan əliboş dönür

10 Dekabr 2025 02:09see127

Vanda Nara keçmiş əri ilə görüşdü FOTO

10 Dekabr 2025 00:37see127

Sahil Kərimli: “Orta Dəhliz bölgənin əhəmiyyətini daha da artırır” FOTO

09 Dekabr 2025 22:43see123

İlham Əliyev və Rixard Raşinin görüşü əməkdaşlığı dərinləşdirmək planlarını təsdiqlədi

09 Dekabr 2025 18:24see122

Oqtay Əliyevlə Dilarə Əliyevanın toy kadrları YAYILDI VİDEO

09 Dekabr 2025 00:38see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri