Icma.az
close
up
RU
İcra başçısı azadlıq mücahidini imperiyanın caynağından xilas etməyə çalışıb

İcra başçısı azadlıq mücahidini imperiyanın caynağından xilas etməyə çalışıb

Icma.az bildirir, Reyting.az portalına istinadən.

1990-cı ildən etibarən Azərbaycanda keşməkeşli və taleyüklü bir dövr yaşanıb. Həm Milli Azadlıq Hərəkatı və 20 Yanvar faciəsi zamanı, həm də sonrakı illərdə Qarabağda və sərhədyanı bölgələrdə başlayan müharibələrdə Vətənimizin oğulları böyük qəhrəmanlıq göstəriblər. Bu dövrdə təkcə sadə insanlar deyil, eyni zamanda bəzi vəzifəli şəxslər də xalqın azadlığı və ölkənin ərazi bütövlüyü uğrunda misilsiz igidliklər nümayiş etdiriblər. Onların göstərdikləri şücaət, fədakarlıq və vətənpərvərlik nümunələri bu gün də xalqımızın yaddaşında əbədi yaşayır.

Belə şəxslərdən biri də 1991-ci il dekabrın 11-də vəzifə başında qətlə yetirilmiş Şuşanın o zamankı icra başçısı Mikayıl Gözəlovdur. O, ən çətin anlarda qorxmadan irəli atılaraq üzərinə düşən vəzifəni şərəflə yerinə yetirib. Mikayıl Gözəlovun bu fədakarlığı onun adını xalqın yaddaşında cəsarət və mərdlik simvoluna çevirib.

Hacı Tahir Abbasov

Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının üzvü, Gəncə İmamzadə ziyarətgahının imamı, Milli Azadlıq Hərəkatının öncüllərindən olan Hacı Tahir Abbasov Mikayıl Gözəlovu şəxsən tanıyan biri kimi Reyting.az-a onun qəhrəmanlığından danışıb:

“Öncə onu qeyd edim ki, üç gün sonra ölkəmizdə Ümumxalq Hüzn Günü - 20 Yanvar faciəsinin növbəti ildönümü qeyd olunacaq. 20 Yanvar Azərbaycan tarixinin qəhrəmanlıq səhifəsidir. İstər həmin faciə zamanı, istərsə də sonrakı dövrlərdə Vətənin azadlığı və bütövlüyü uğrunda canını fəda edən bütün şəhidlərimizi ehtiramla anır, Uca Allahdan onlara rəhmət, qazilərimizə şəfa diləyirəm.

Mən Azərbaycanın ən çətin günlərində çoxsaylı qəhrəman oğullarla qarşılaşmışam. Onlardan biri də Mikayıl Gözəlov idi. Onu 1980-ci illərin sonlarından tanıyıram. 1989-cu ildə o, Vətənin keşiyində dayanırdı, əvvəlcə İcraiyyə Komitəsinin sədri vəzifəsində çalışırdı. Həmin dövrdə Şuşada Mikayıl Gözəlovun qonağı olmuşam. O, Kərkicahanın və digər yaşayış məntəqələrimizin müdafiəsi üçün böyük vətənpərvərlik nümayiş etdirirdi. Özünümüdafiə dəstələrinin formalaşdırılması üçün əlindən gələni edir, işdən sonra postlara baş çəkir, mövcud problemlərin həllinə çalışırdı. Mikayıl Gözəlov həyatını Şuşanın və ətraf ərazilərimizin müdafiəsinə həsr etmişdi”.

Din xadimi qeyd edib ki, Sovet hakimiyyəti dövrü olmasına baxmayaraq, Mikayıl Gözəlov Şuşanın mərkəzi məscidinin açılması üçün də ciddi səylər göstərib:

“Separatçı ermənilər Şuşaya müxtəlif istiqamətlərdən hücum etsələr də, Mikayıl Gözəlov daim sakinlərin yanında idi, böyük işlər görür, müqəddəs yurd yerlərimizi işğaldan qorumağa çalışırdı. Təəssüf ki, ömrü yarımçıq qaldı, müqəddəs arzularını həyata keçirə bilmədi”.

Milli Azadlıq Hərəkatındakı fəaliyyətinə görə SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin (DTK) Moskvadakı Lefortovo həbsxanasında siyasi məhbus həyatı yaşamış Tahir Abbasov Mikayıl Gözəlovla bağlı daha bir hadisəni də xatırladıb:

“20 Yanvar faciəsindən sonra imperiyanın hüquq-mühafizə orqanları məni həbs etmək üçün axtarırdılar. Həmin vaxt əvvəlcə Ağdama getdim. Axtarışda olmağıma baxmayaraq, Mikayıl Gözəlov məni helikopterlə Şuşaya apardı və bir müddət SSRİ DTK-sından gizlədə bildi. Sonradan Bakıya qayıtdım, həbs olundum və Moskvaya - Lefortovo həbsxanasına aparıldım.

Mikayıl Gözəlov çox vətənpərvər insan idi. Deyirdi ki, mən sağ olduqca Şuşaya düşmən ayağı dəyməyəcək. Həqiqətən də belə oldu. Tanıdığım bu qəhrəman kişi - Mərzili kəndinin balası, Qarabağın layiqli övladı xaincəsinə qətlə yetirildi. Onun şəhadətindən bir müddət sonra müqəddəs Şuşa düşmən əlinə keçdi. Əgər Gözəlov yaşasaydı, bəlkə də Şuşa işğal olunmazdı”.

Hacı Tahir Abbasov bildirib ki, bu gün Mikayıl Gözəlovun övladları onun yolunu layiqincə davam etdirirlər:

“O vaxt körpə olan övladını da xatırlayıram. Bu gün o da atası kimi insanların həyatını xilas etməyə çalışır. Təəssüf ki, vətənpərvər Mikayıl Gözəlovun öz həyatını xilas etmək mümkün olmadı. Amma şükürlər olsun ki, onun adına layiq övladları var.

Mikayıl Gözəlovun qardaşı oğlu da bu gün asayişimizin keşiyində dayanır, Gəncə şəhərində əmisinin yolunu ləyaqətlə davam etdirir, şəhid ailələrinə və qazilərimizə dəstəyini əsirgəmir. Buna görə Uca Allaha şükür edirəm.

Mikayıl Gözəlovun qızı Şuşadadır, oğlu isə Vətənin xidmətindədir. Şərəfli və ləyaqətli ailənin yetişməsinə görə möhtərəm Prezidentimizə və dövlətimizə minnətdarlığımı bildirirəm”.

Sonda Hacı Tahir Abbasov 20 Yanvar faciəsinə toxunaraq deyib:

“19-20 Yanvar günlərində Bakıya qoşun yeridiləndə, xalqımıza divan tutulanda, yüzlərlə insan həbs edilərək başqa respublikalardakı zindanlara aparılanda Ulu Öndər Heydər Əliyev Moskvada buna etiraz səsini ucaltdı, Azərbaycanın haqq səsini dünyaya çatdırdı. Məhz onun qətiyyəti sayəsində Azərbaycan sonradan daha böyük bəlalardan - parçalanmadan və vətəndaş müharibəsindən xilas oldu.

Bu gün ölkəmizin ərazi bütövlüyü tam bərpa olunub, separatizmə və işğala son qoyulub. Ulu Öndərin yolunu Prezident İlham Heydər oğlu Əliyev kimi güclü sərkərdə və uzaqgörən siyasətçi uğurla davam etdirir. Uca Allahın, Ali Baş Komandanın və rəşadətli ordumuzun sayəsində Azərbaycan qalib dövlətdir.

Sonda başda 20 Yanvar şəhidləri olmaqla bütün şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə şəfa, dövlət başçımıza, xalqımıza cansağlığı, ordumuza rəşadət, dövlətimizə isə qüdrət arzulayıram.

Assalamu əleykum və rəhmətullahi və bərakətuhu!”

E. KAMAL


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:99
embedMənbə:https://reyting.az
archiveBu xəbər 17 Yanvar 2026 19:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see250

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see189

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see176

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see175

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see173

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see169

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see164

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see160

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see153

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see150

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see150

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see146

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see144

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see144

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see143

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see141

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see141

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see139

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see138

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri