Icma.az
close
up
RU
İcra başçısı həmin gün harada olub? Deputat və şöbə müdirindən Novruzova cavab

İcra başçısı həmin gün harada olub? Deputat və şöbə müdirindən Novruzova cavab

Bakivaxti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Deputat Siyavuş Novruzov Milli Məclisdə çıxışı zamanı İmişli hadisələrinə toxunub. Belə ki, o, rayon icra başçısını, deputatları, polis rəisini və bir sıra rəsmiləri hadisə yerinə getməməkdə günahlandırıb.

Sitat: “Hadisə baş verib və mən İmişlinin hər iki deputatı ilə söhbət etdim. İcra başçısı rayon mərkəzindən üç kilometr aralıdadı, niyə camaatın yanına gəlmədi? Polis rəisi niyə o camaatın qabağına çıxmadı? Bir dənə prokurordan savayı başqa bir adam o camaatın qabağına çıxmadı. Bu xalqdır. İnsanları başa salmaq lazımdır. Səni orada öldürəcəkdilər?”

Bakıvaxtı.az xəbər verir ki, Globalinfo.az-a danışan İmişlidən seçilən deputat Səyyad Salahlı hadisə baş verdiyi gündən İmişli rayonunda olduğunu bildirib.

O, hətta dəfndə də iştirak etdiyini deyib:

Səyyad Salahlı

“7 gün rayonda oldum. Vəzifəli şəxslərlə, eləcə də rayon başçısı ilə birlikdə dəfn mərasimlərinin hamısında iştirak etdik. Hətta uşaqlardan biri Yeni Klinikada olanda da ziyarət etmişəm. 2-ci və 3-cü günlərində ailələrdə olduq, daha sonra 7 mərasimində iştirak etdik. Uşaqlardan birinin 7 mərasimi Ağdamda keçirildiyi üçün başçı Heydər Əliyev Fondunun nümayəndələri ilə ora getdi. Hamı məclislərdə iştirak edib, məsələ də araşdırılır. Kimin günahkar olduğu da araşdırılacaq. Siyavuş Novruzovun hardan və necə məlumat aldığını bilmirəm”.

İmişli Rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Rüfət Muradov deyilənlərin həqiqətə uyğun olmadığını bildirib:

“18 yanvar 2025-ci il tarixdə hadisə baş verdikdən dərhal sonra İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev, müavinlər və aparatın digər əməkdaşları prokurorluqla birlikdə hadisə yerində olub. Bundan başqa, yaralıları və həlak olan uşağı xəstəxanaya aparan zaman başçı da onlarla birlikdə ora getdi. Saat 15:30-a qədər reanimasiyada olan uşağa baş çəkdi, sonra orada yaralıların valideyinləri ilə söhbət apardı, onların yanında olduğunu bildirdi. Bunun ardınca hadisə baş verən yerə gediblər. Orada da toplaşan insanlarla görüşdülər, söhbət apardılar. Həmin şəxslər də öz sözlərini dedilər”.

Rüfət Muradov

R.Muradov dövlət və dövlətçiliyə qarşı heç bir şüar, aksiya olmadığını qeyd edib:

“Hadisə zamanı həlak olan və xəsarət alanlar azyaşlı uşaqlar idi. Buna görə də toplaşan şəxslər aqressivlik göstərmişdilər. Hətta xəbər gəldi ki, insanlar polis idarəsinin qarşısına yürüş etmək istəyirlər. Dərhal polis rəisi, başçı və prokuror kütlənin qarşısına gəldilər, onları dinlədilər və həmin şəxslərə qanunvericilik izah olundu. Bundan sonra da aksiya sonlandırıldı”.

Rüfət Muradov deyib ki, Elçin Rzayev azyaşlıların dəfn, 3 və 7 mərasimində də iştirak edib, ailələrdə olub, başsağlığı verib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:82
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 04 Fevral 2025 21:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see223

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see204

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see178

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see142

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see132

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri