İcra başçısı İlham İsmayılovun 276 min manatlıq alış veriş i dayandırıldı
Hurriyyet portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Mingəçevir Şəhər İcra Hakimiyyəti “xüsusi texnikaların və texnikalara qoşqu avadanlıqlarının” satın alınması üzrə elan etdiyi tenderi ləğv edib.
Ləğv edilmə səbəbi olaraq göstərilib ki, satınalmada iştirak etmək üçün təklifi və təklifin təminatını təqdim edən, tələb olunduğu halda müvafiq lisenziya və ya icazəyə malik olan təchizatçıların sayı üçdən az olub (36.1.1.), bu səbəbdən müsabiqənin tamamlanması mümkün olmayıb.
Hurriyyet.az xəbər verir ki, tenderin ehtimal olunan qiyməti 275.653,92 AZN təşkil edirdi.
Satınalmaq nəzərdə tutulan texnikalar arasında mini frontal yükləyici, ötbiçən traktor, motosiklet üzərində elektrik qayçı səbət, dərman çiləyici aparat və bağlı süpürgə qoşqusu yer alırdı.
Qeyd edək ki, Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovdur.
32gun.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:68
Bu xəbər 01 Sentyabr 2025 13:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















