Icma.az
close
up
RU
İcra başçısı köhnələri kütləvi işdən çıxardı Yeni TƏYİNATLAR

İcra başçısı köhnələri kütləvi işdən çıxardı Yeni TƏYİNATLAR

Bakupost saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.


2024-cü ildə Daşkəsən Rayon İcra Hakimiyyətinin (RİH) başçısı dəyişəndən sonra bir sıra yeni kadr təyinatları olub.

Bakupost.az iqtisadiyyat.az-a istinadən xəbər verir ki, icra başçısı Orxan Abbasov bununla bağlı əmrlər imzalayıb.

Belə ki, icra hakimiyyətində başçının köməkçisi postuna Elşad Mustafayev gətirilib. O bu vəzifədə Yaşar Rzalını əvəzləyib.

Eyni zamanda, RİH-in İnformasiya təminatı və təhlil sektorunun müdiri Əsəd Yusifov vəzifəsindən azad olunub. Eləcə də həmin sektorun aparıcı məsləhətçisi İlahə Xıdırova da işdən çıxarılıb, onun yerinə Gülnar Məmmədova təyin edilib.

Memarlıq və tikinti şöbəsinin müdiri - baş memar Elman Məmmədov da işdən çıxarılanlar arasındadır, hazırda bu vəzifə vakansiyaya çıxarılıb. Həmin şöbənin aparıcı məsləhətçisi (mühəndis) Elman Ələkbərov da vəzifədən azad olunaraq, yerinə Mehman Mehdiyev gətirilib.

RİH-in İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Elvin Qurbanovu da Kazım Kamalov əvəz edib.

Kadr təyinatı Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsində də həyata keçirilib. Belə ki, şöbənin böyük məsləhətçisi Ramida Süleymanova işdən çıxarılıb, onun yerinə Ayaz Allahyarov təyin olunub. A.Allahyarov bu təyinatadək Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsində məsləhətçi vəzifəsində çalışıb. Onu bu vəzifədə isə Pərvin Paşayev əvəz edib.

Eyni zamanda, icra başçısı sürücülər - Eldar Qarayev və Elməddin Məmmədovu da işdən çıxarıb, onların yerinə Akif Abbasov və Emil İsmayılov təyin olunublar.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:143
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 04 Sentyabr 2025 18:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see307

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see279

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see272

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see260

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see260

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see253

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see251

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see249

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see234

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see228

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see226

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see219

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see219

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see219

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see216

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see214

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see211

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see207

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see192

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri