İcra başçısı qalmaqallı sabiq Aparat rəhbərini direktor təyin edib
Mia.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Binəqədi Rayon İcra Hakimiyyəti başçısının sabiq birinci müavininə yeni vəzifə verilib.
Mia.az Qaynarinfo-ya istinadla bildirir ki, Məmmədov Leysan Novruz oğlu Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti Və İdarəetmə Xidməti Publik Hüquqi Şəxsin İcraçı direktoru təyin olunub.
Qeyd edək ki, Həmidov Övsət Gülhəsən oğlu bir müddət əvvəl Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin İcraçı direktoru vəzifəsindən azad edilib.
Leysan Məmmədov 14 fevral 2022-ci ildə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini vəzifəsinə təyin olunsa da, bir müddət sonra vəzifəsindən azad edilib. O, 2006-2021-ci illərdə Gənclər və İdman Nazirliyinin Tikilməkdə olan obyektlərin Müdiriyyətində direktor müavini, direktoru, 2021-ci ildən 2022-ci ilin fevral ayına qədər Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyində Aparat rəhbəri vəzifəsində çalışıb.
Onun oğlu Elnur Məmmədovun "Sea Breeze"də restoranda dava salması ilə gündəmə gəlmişdi.
Baxış sayı:141
Bu xəbər 31 Yanvar 2025 17:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















