Icma.az
close
up
RU
İcra başçısı şəhidlərin dəfnində iştirak edib FOTOLAR

İcra başçısı şəhidlərin dəfnində iştirak edib FOTOLAR

Icma.az, Unikal.az saytına istinadən bildirir.

Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən və nəşinin qalıqları 33 il sonra tapılan şəhidlərimiz Abbasov Rəfael Sultan oğlu, Əliyev Əliyar Fərrux oğlu, Bayramov Azər Zirəddin oğlu və Mehdiyev İlham İmdad oğlu Suraxanı rayonu Dədə Qorqud Şəhidlər Xiyabanında dəfn olunublar.

"Unikal" xəbər verir ki, dəfn mərasimində Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev, Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev, Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, YAP Suraxanı Rayon Təşkilatının sədri Vüqar Seyidov, YAP Sabunçu Rayon Təşkilatının sədri Azər Xudadanov, YAP Xətai Rayon Təşkilatının sədri Ramil Mirzəyev, rayonların hüquq-mühafizə orqanlarının rəhbərləri, Müdafiə, Daxili İşlər, Fövqəladə Hallar nazirliklərinin əməkdaşları, şəhid ailələri, müharibə istirakçıları və rayon ictimaiyyəti iştirak ediblər.

Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev çıxış edərək Azərbaycan Ordusunun Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə əldə etdiyi şanlı Qələbədən danışıb, Birinci Qarabağ müharibəsi qəhrəmanlarının missiyasının uğurla tamamlandığını bildirib. O, döyüş meydanında qazanılan Zəfər nəticəsində həm ərazi bütövlüyümüzün və suverenliyimizin bərpa olunduğunu, həm də başımıza gətirilən müsibətlərin qisasının alındığını diqqətə çatdırıb.

Şəhidlərimiz yaylım atəşi və hərbi orkestrin müşayiəti ilə Azərbaycanın Dövlət Himninin sədaları altında torpağa tapşırılıblar. Onların ruhuna dualar oxunub, məzarları üzərinə əklil qoyulub, gül dəstələri düzülüb. Tabutların büküldüyü Azərbaycanın Dövlət Bayraqları şəhidlərin yaxınlarına təqdim olunub. Dəfn mərasimindən sonra ehsan süfrəsi açılıb.


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:150
embedMənbə:https://unikal.az
archiveBu xəbər 30 Oktyabr 2025 09:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see290

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see254

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see241

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see240

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see229

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see226

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see224

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see216

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see212

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see212

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see212

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see201

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see198

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see188

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see187

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see184

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see182

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri