İcra başçısı üç vəzifəli şəxsi İŞDƏN ÇIXARDI
Icma.az xəbər verir, Bizim media saytına əsaslanaraq.
Binəqədi Rayon İcra Hakimiyyətində (RİH) kadr dəyişikləri və təyinatları olub.
Bizim.Media xəbər verir ki, bununla bağlı icra başçısı Elxan Allahverdiyev sərəncam imzalayıb.
Belə ki, Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdir müavini, Ərazi-təşkilat məsələləri sektorunun müdiri Rauf Həsənov vəzifəsindən azad olunub. Onun yerinə Azər Kərimov təyin edilib. A.Kərimov bu təyinatadək Memarlıq-tikinti məsələləri və rayon təsərrüfatı sektorunda Baş məsləhətçi vəzifəsində çalışıb.
Bundan əlavə, İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Nicat Allahverdiyev də vəzifəsindən azad olunub. Onun yerinə isə Ərazi-təşkilat məsələləri sektorunun sabiq müdiri Rauf Həsənov təyin edilib.
Kadr islahatları Hüquq və kadr məsələləri sektorunda aparılıb. Belə ki, Orxan Əliyev məsləhətçi vəzifəsindən azad edilib, onun yerinə Samir Nəbiyev təyin olunub.
Həmçinin Xocəsən nümayəndəliyinin Baş məsləhətçisi – ev təsərrüfatlarının uçotu işinin aparıcısı Ramiz Həsənzadə də vəzifəsindən azad edilib. Onu bu vəzifədə Məcid Səmədzadə əvəzləyib.
İcra başçısının Rəsulzadə qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyində isə yeni kadr təyinatları həyata keçirilib. Natiq Dərvişli Baş məsləhətçisi – ev təsərrüfatlarının uçotu işinin aparıcısı vəzifəsinə, Ülviyyə Məmmədova isə məsləhətçi vəzifəsinə təyin edilib.
Naibə İbrahimova isə icra başçısının 2 saylı sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyində məsləhətçi (mühəndis) vəzifəsinə təyinat alıb.
Qeyd edək ki, bir müddət əvvəl Binəqədi RİH başçısının Xocəsən qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəsi Ramil Abasov vəzifəsindən azad olunaraq Binəqədi rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin rəisi vəzifəsinə təyin edilib. İcra başçısının sərəncamı ilə Xocəsən qəsəbə nümayəndəsi vəzifəsinə isə Namiq İbadzadə təyinat alıb. (iqtisadiyyat.az)
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:123
Bu xəbər 21 Oktyabr 2026 14:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















