Icma.az
close
up
RU
İcra başçısının birinci müavini vətəndaşa məhkəmədə uduzdu

İcra başçısının birinci müavini vətəndaşa məhkəmədə uduzdu

Icma.az, GlobalInfo portalına istinadən məlumatı açıqlayır.

Sabirabad Rayon İcra Hakimiyyətinin birinci müavini Həsən Həsənov xüsusi ittiham qaydasında məhkəməyə müraciət edib.

Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, onun verdiyi şikayətə Şirvan Şəhər Məhkəməsində baxılıb.

Vəzifəli şəxs Sabirabadın Qəzli kənd sakini olan 1970-ci il təvəllüdlü Arif Məmmədovun Cinayət Məcəlləsinin 148-ci (Təhqir) maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb edilməsini tələb edib.

Araşdırmalar zamanı məlum olub ki, 2023-cü ildə də H.Həsənov vətəndaşdan məhkəməyə şikayət edib. H.Həsənov A.Məmmədovun ictimaiyyət arasında onu təhqir etdiyini bildirib. Həmin vaxt Sabirabad Rayon Məhkəməsi işə baxıb və proses zamanı Arif Məmmədov vəzifəli şəxsdən məhkəmədə üzr istəyib. Bunu əsas götürən Sabirabad Rayon Məhkəməsi işə xitam verib. Lakin Həsən Həsənov Qəzli kənd sakini olan Arifin ictimaiyyət arasında – hamının qarşısında ondan üzr istəməsini də tələb edib. A.Məmmədov da bununla razılaşıb.

Bu səbəbdən Sabirabad Rayon İcra Hakimiyyəti başçısının Quruzma, Qaraqaşlı, Kovlar, Yenikənd və Qəzli kənd sakinləri ilə keçirilən səyyar görüşünün vaxtı 2023-cü ilin noyabrından 2024-cü ilin 5 fevralına keçirilib. O tarixdə Quruzma kəndindəki şadlıq evlərindən birində icra başçısının sakinlərlə səyyar görüşü keçirilib və bütün rayon rəhbərliyi də orada olub. Arif Məmmədov görüşdə iştirak etsə də, mikrofonu götürərək icra başçısının birinci müavinindən üzr istəməyib.

Səyyar görüşdən sonra H.Həsənov Arif Məmmədovun onu yenidən təhqir etməsi iddiası ilə növbəti dəfə məhkəməyə üz tutub. O, akt tərtib etdirərək A.Məmmədovun insanlar arasında onu söydüyünü bildirib. Akta bir sıra vəzifəli şəxslər, eləcə də İcra Hakimiyyətinin əməkdaşları imza atıblar.

Eyni məzmunlu şikayətə bu dəfə Şirvan Şəhər Məhkəməsində baxılıb. Lakin məhkəmə A.Məmmədovun icra başçının müavinini yenidən təhqir etməsi iddiasını təsdiq edən sübutların yetərsiz olmasını əsas gətirərək ona bəraət verib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:104
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 22 Noyabr 2024 09:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

De Brüyneyə rəsmi təklif göndərdilər

17 Aprel 2025 19:56see140

TBMM sədr müavininin ölüm təhlükəsi hələ də davam edir

17 Aprel 2025 18:33see138

Yüksək Liqa: Finalçılar bəlli oldu

17 Aprel 2025 21:21see134

Gənclik hormonu Somatropin nədir Necə artıraq?

17 Aprel 2025 18:44see133

Super Liqa və aşağı liqalarda komanda sayları azaldılır

18 Aprel 2025 01:05see131

Səhər acqarına limonlu su için Faydası çoxdur

17 Aprel 2025 06:07see130

Musiqi sədaları altında əməliyyat olundu FOTO

18 Aprel 2025 04:04see127

Zelenski mayın 9 da hara gedəcək?

17 Aprel 2025 12:36see125

Aydın Kərimov: 1 400 dən çox sakin artıq Şuşa şəhərində yaşayır

17 Aprel 2025 14:10see124

Məşhur plastik cərrahlara QADAĞA Siyahıda yoxdular ARAŞDIRMA

17 Aprel 2025 15:03see123

Sosial şəbəkələrdə tərbiyə böhranı

17 Aprel 2025 22:05see123

ABŞ dən Yəmən bankına qarşı sanksiya

18 Aprel 2025 03:26see120

Azərbaycan çempionatında möhtəşəm qol Video

18 Aprel 2025 18:24see119

Qəzzadan təcili humanitar yardım çağırışı

18 Aprel 2025 05:33see117

Deputat erməni əsilli şəxslərin məhkəməsində ifadə verdi

17 Aprel 2025 21:53see117

Azərbaycan və Belarusun hərbi təhsil üzrə mütəxəssislərinin işçi görüşü keçirilib

17 Aprel 2025 20:25see116

Ailəsi şəhid jurnalist Məhərrəm İbrahimovun ölüm anını danışdı VİDEO KONKRET

17 Aprel 2025 09:52see115

Maksimal bal toplayan Aişə Bağırova: Cərrahiyyə sahəsi üzrə yeni layihələr hazırlamaq istəyirəm

17 Aprel 2025 22:00see115

Çayların həcmində artım davam edir

17 Aprel 2025 11:22see114

Milorad Dodik Kallasın təhdidlərinə cavab verdi

18 Aprel 2025 16:41see111
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri